adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Oktyabr 2018 00:15
39052
GÜNDƏM
A- A+

Həkəri sahillərinin döyüş yerləri - Şəhid qəbirləri

Zəngəzur qəzasının müsəlman-türk mənşəli yaşayış məntəqələrinin ( Mehri, Qarakilsə, Gorus, Zəngilan, Qubadlı, Laçın, Qafan, Qacaran nahiyələrində) 1918-1920-ci illərdə qana susayan hay quldurbaşıları A.Ozanyanın, A. Srvantstyanın, D.Kananyanın (Dronun) və Q.Nijdenin sulahlı azğınlaşmış dəstələri tərəfindən dinc sakinlərinin ucdantutma qətlə yetirilmələri, qətliamların törədilməsi və soyqırım faciələrinin yaranması tarixi keçmişimizin ağrılı günlərindən, məşəqqətli illərindən xəbər verir.
Xalqımızın var olmasının və müstəqil dövlət quruculuğunun bünövrə laylarına, müqəddəs şəhid ocaqlarına həm də Osmanlı Türkiyəsi Ordusunun Musa Qarabəkir paşanın (1882-1948) rəhbərliyi ilə Cənubi Azərbaycan ərazisindən keçib Naxçıvan və Zənguzur qəzalarına daxil olaraq savaşlarda şəhid olmuş əsgər və zabitlərinin də nəşi qarışmış, qanı hopmuşdur.
Belə müqəddəs ocaqların yayıldığı yerlər qəza hüdudlarında indiki Qubadlı rayonu ərazisində də az olmamışdır. Rayon mərkəzindən 21 km məsafədə (cənub-şərqdə), Həkəri çayının sağ hissəsində yerləşən Aşağı Mollu kəndində (xalq qəhrəmanı Nəbi Alı oğlunun (1854-1896) doğma yurdunda) bu baxımdan daha çox sayda Şəhid ocaqları yaranmışdır, 1918-ci ilin yay aylarında ağır döyüşlərdən sonra.
Zəngəzur qəzasının əsas düşmən ocağı olan Gorus şəhərindən Laçın nahiyəsinə keçən bə orada Həkəri-Bərgüşad çayları boyunca Araz çayınadək bütün kəndlərə hücumlar təşkil edən quldurların qarşısı Osmanlı Türkiyəsinin Ordusu ala bilmişdir. Osmanlı əsgərləri bir müddət Aşağı Mollu kəndində düşərgəməli olublar. Kəndin 250 illik yaşı olan el qəbirstanlığının (girəcəyinin sağ yönündə qaçaq Nəbinin silahdaşı, Yuxarı Mollu kəndindən olan Həcər Abbasəli qızı (1860-1914) dəfn edilmişdir) yanından yol olan "Yazı düzü"ndə açıq səngər savaşları olduğundan və hay quldurlarına qonşu hay-daşnak kəndlərindən (Qafan nahiyəsinin Saf, Şıxavız, Kilisə, Hənd...) canlı qüvvə və silah-sursatla yardım edildiyindən 150-yə qədər Osmanlı döyüşçüsü şəhid olmuşdur. Döyüş yerlərində də onlar dəfn edilmişlər. Ona görə də həmin yer sonralar el arasında "Osmanlı düzənliyi" adlanmışdır. Şəhid məzarlarında nişanə kimi baş və sinə daşları olmasa da, qəbir yerləri aydın bilinirdi. Ətrafında olan "Düyü torpağı", "Yovşanlıq", "Yazı düzü" adlı sahələrdə 1984-cü ildən sonra üzüm bağları salınmışdır.
Həmin qanlı-qadalı aylarda bu kənddə yaşayan 20 evin dinc sakinləri (bir neçə ailə həmin dövrdə Qarakilsə nahiyəsinin Dalabat kəndindən hay hücumlarından canlarını qurtaranlar (Xudaverdi Məmməd oğlu Məmmədov (1850-1936), onun həyat yoldaşı Zeynəb Məşədi Abbas qızı (1875-1958), onun da 7 qardaşını haylar amansızcasına-kürəklərinə qaynar samovar bağlayaraq qayadan atmışlar-qətlə yetirmişlər) yaxınlığdakı mağaralarda ("Kiçik Qaravun", "Böyük Qaravun" (uzunluğu 25 m-dək, eni 6 m) gizlənməli olmuşlar. Bu cür təbii sığınacaq yerləri Qarakilsə nahiyəsində də müsəlman-türk ailələrini quldur hayların təcavüzündən az
"Osmanlı düzənliyi" barədə kənd ağsaqqallarından Ağalı Xudaverdi oğlu Məmmədov (1923-1984), Qulam Bəylər oğlu Orucov (1905-2009), Əliş Abbasəli oğlu Məhərrəmov (1921-1993), qaçaq Nəbinin əmisi uşağı olub, haylar onu öz həyətində qətlə yetirmişdilər), Gülşad Usub oğlu Yusifov (1918-2009) həmişə camaat arasında bildiklərini və gördüklərini söyləmişlər.

Qismət Yunusoğlu,
BDU-nun müəllimi