ANA SƏHİFƏ / HADİSƏ

Qaşıqçının qardaşı ilə arvadının başını kəsdilər

1098    |   2018-10-11 20:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna gedəndən sonra yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçının qardaşı Əhməd Qaşıqçı və həyat yoldaşı Ciddədə qətlə yetirilib.Modern.azxəbər verir ki, bu barədə Beyrutda nəşr olunan "Diyar” qəzeti məlumat yayıb.

Məlumata görə, Camal Qaşıqçının qardaşının evinə gələn maskalı və əli qılıncı şəxslər onu və arvadını doğrayaraq öldürüb. Əhməd Qaşıqçının qonşuları bildiriblər ki, evə gələn naməlum şəxslərin əlində qılınclar olub. Onlar Əhməd və həyat yoldaşının başını qılınca kəsiblər. Onların üç övladı isə qaçaraq qonşuların evinə sığınıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxslər ər və arvadı öldürdükdən sonra cəsədlərini aparıblar. Daha sonra evə polislər gəlib və səhərə qədər araşdırma aparıblar. Polislər evin qapısını dəmir bloklarla bağlayaraq, kimsənin yaxınlaşmasına icazə vermirlər.




İmza:
SON XƏBƏRLƏR
2018-10-23
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK