adalet.az header logo
  • Bakı 20°C
11 Oktyabr 2018 20:21
5848
HADİSƏ
A- A+

Şəki sakini küçədə xüsusi amansızlıqla döyüldü

Şəki sakini küçədə döyülüb.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində "İpək" ASC-nin yaxınlığında baş verib.

Rayon sakini, Mustafayev Nurəddin Novruz oğlu aralarında baş vermiş münaqişə nəticəsində həmyerlisi Mustafazadə Elçin Əsgər oğlunu təpiklə sifət və baş nayihələrinə, bədəninin digər hissələrinə çoxsaylı zərbələr endirib.

E.Mustafazadə qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şəki şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb.