adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Oktyabr 2018 20:09
10775
İDMAN
A- A+

Ardadan prokurorluğa şikayət olundu - İstintaq başlayır

Türkiyə milli komandasının və "Başakşehir" klubunun futbolçusu Arda Turanın müğənni Berkay Şahini vurması ilə əlaqədar istintaq başlayıb.

Qol.az "Hürriyet"ə istinadən xəbər verir ki, müğənninin həyat yoldaşı Özlem Şahin 31 yaşlı yarımmüdafiəçini prokurorluğa şikayət edib.

A.Turanın istintaqa çağırılacağı bildirilir.

Qeyd edək ki, A.Turan gecə klublarının birində müğənni ilə insident yaşayıb və onun burnunu qırıb. Futbolçunun müğənninin həyat yoldaşına sataşdığı iddia olunur.