Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Əbülfəs Qarayev İSESKO Baş Konfransının 13-cü sessiyasında iştirak edib Adalet.az | Əbülfəs Qarayev İSESKO Baş Konfransının 13-cü sessiyasında iştirak edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Əbülfəs Qarayev İSESKO Baş Konfransının 13-cü sessiyasında iştirak edib

9135    |   2018-10-11 19:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

11 oktyabr 2018-ci il tarixində Mərakeş Krallığının Rabat şəhərində İSESKO Baş Konfransının 13-cü sessiyası öz işinə başlamışdır. Sessiyada iştirak məqsədilə mədəniyyət naziri Əbülfəs Qarayev Mərakeşdə səfərdədir. Qeyd edək ki, ölkəmiz sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində iştirak edir.

İclasda Baş Konfransın prosedur qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə dair qəbul edilmiş qərarların icrası, İSESKO-nun 2019-2021-ci illər üzrə üç illik fəaliyyət planı və büdcəsi, 2019-2027-ci illər üzrə orta müddətli strateji fəaliyyət planı və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Nazir Əbülfəs Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmiş, ölkəmizin mədəniyyət, təhsil və elm sahələrində uğurlarını, cari ildə "Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd olunduğunu və 25-26 oktyabr 2018-ci il tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini qeyd etmişdir. Nazir həmçinin ölkəmizin sədrliyi dövründə görülən işlər, keçirilən tədbirlər barədə məlumat vermişdir. Azərbaycanın sədrliyi çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən İSESKO Baş Konfransına sədrlik edir və cari ildə ölkəmizin sədrliyi başa çatır.




İmza:
SON XƏBƏRLƏR
2019-02-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK