Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | 43 yaşlı milyarder oğurlanıb Adalet.az | 43 yaşlı milyarder oğurlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

43 yaşlı milyarder oğurlanıb

6486    |   2018-10-11 19:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanzaniyalı biznesmen Məhəmməd Dyuci oktyabrın 11-də ölkənin ən böyük şəhəri olan Dar-əs-Salamda oğurlanıb.
"Interfax" agentliyinin yaydığı məlumata görə. biznesmen məşq etmək üçün şəhərin nüfuzlu otellərinin birində yerləşən idman zalına gedərkən bir neçə naməlum şəxsin hücumuna məruz qalıb. Onu zorla avtomobilə mindirib və naməlum istiqamətdə aparıblar.

Yerli polis bütün aeroportları və şəhərdən çıxış yollarını bağlayıb. Hadisə ilə əlaqədar üç nəfərin saxlandığı, onlardan ikisinin xarici ölkə vətəndaşı olduğu bildirilir.

"Forbes” jurnalı 43 yaşlı Dyucini Afrikanın ən gənc və Tanzaniyanın yeganə milyarderi adlandırır. Varidatı 1,5 milyard dollar həcmində qiymətləndirilən gənc milyarder 1970-ci ildə atası tərəfindən əsası qoyulan "METL Group” kompaniyasına rəhbərlik edir. Kompaniya ticarət, telekommunikasiya, maliyyə xidmətləri, energetika, logistika və digər istiqamətlərdə fəaliyyət göstərir.

Dyuci 2005-2015-ci illərdə Tanzaniyanın hakim "Çama Ça Mapinduzi” partiyasından deputat seçilib. O, 2016-cı ildə varidatının azı yarısını xeyriyyə məqsədlərinə xərcləməyi vəd edib.


İmza:
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK