adalet.az header logo
  • Bakı 21°C
11 Oktyabr 2018 19:08
10395
İDMAN
A- A+

"Real"a keçməyəcəyəm" - Eden Hazard

Belçika yığması və "Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard hazırda dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib.

Qol.az-ın məlumatına görə, milli komandanın mətbuat xidmətinə müsahibə verən futbolçu bundan da yaxşı formada ola biləcəyini istisna etməyib:

"İndiki formamdan razıyam. İnanıram ki, uzun müddət belə oynaya bilərəm. Hazırda dünyanın ən yaxşı futbolçusu mənəm. Amma hər zaman daha yaxşısını etmək, misal üçün, çoxlu qol vurmaq olar. Statistika baxımından mövsümə əla başlamışam. Amma bundan da yaxşı formada olduğum vaxtlar olub”.

Mövsümün əvvəlində "Real"a keçidi gündəmə gələn Hazard bu məsələyə də toxunub. 27 yaşlı futbolçu jurnalistin "yanvarda "kral klubu”na keçəcəksinizmi” sualına "xeyr” cavabını verib.

Qeyd edək ki, Hazard bu mövsüm İngiltərə Premyer Liqasında 7 qolla bombardirlər yarışına başçılıq edir.