Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb Adalet.az | Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb

2297    |   2018-10-11 18:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları, Ukrayna ictimaiyyəti arasında narazılığa səbəb olub. Belə ki, xüsusilə,

Azərbaycanın Ukraynadakı səfirliyi oktyabrın 9-da üç azərbaycanlı gəncin ukraynalı bloqerlərə qarşı qeyri-etik davranışları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən Trend-ə bildirilib ki, insident baş verən videogörüntüdə azərbaycanlı gəncin guya Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması ilə bağlı səfirliyə çoxsaylı müraciətlər daxil olub:

"Qeyd edilən şəxslərin Azərbaycanın Ukraynadakı səfiri ilə heç bir qohumluq əlaqəsi yoxdur. Hətta həmin gənclərin hər hansı qohumu səfirlikdə çalışmır. Bu cür halların baş verməsi isə təəssüf hissi yaradır".

Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır:

"Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir.

Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik. Onu da qeyd edək ki, yaxın günlərdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və ziyalılarının iştirakı soydaşlarımızın Ukraynadakı vəziyyəti, problemlər və qarşıda duran məsələlərə dair "dəyirmi masa” təşkil ediləcək”.




İmza:

Azərbaycan və İran gömrükçüləri görüşüb

Türkiyə rəsmisi Bakıda birlik çağırışı etdi

Gələn il 800 şəhid ailəsi və müharibə əlilinə ev veriləcək

“Ölkəmizə ən müasir silah və texnikalar gətiriləcək” - Prezident

“Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir” - Çingiz Əsgərov

İlham Əliyev: Münaqişənin həlli üçün ən birinci amil hərbi gücümüzdür”

Anar Bağırov: “Girovların taleyi bizim üçün çox əhəmiyyətlidir”

Prezident hərbçilərə yeni mənzillərin verilməsi mərasimində

“Sovet konstitusiyasındakı hüquqlar boş vədlər idi” - Nazir müavini

Komitə sədri: “Sosial mediada əxlaqa zidd hərəkətlər təbliğ olunur”

Ərəblərin sayı azalıb, indi pakistanlılar Bakıya axışır

“Ordumuz böyük bir əraziyə nəzarəti ələ alıb” - Nazir müavini

SON XƏBƏRLƏR
2018-12-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK