adalet.az header logo
  • Bakı 11°C

Əbülfət MƏDƏTOĞLU: "KARVAN HƏLƏ YOLDADIR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
52807 | 2018-10-11 18:18

Hərdən öz-özüməfikirləşirəm, özü də tam səmimi mənada özüm-özümə sual verirəm ki, Əjdər müəllimigörəsən neçə ildi tanıyıram? Deyəcəksiniz ki, bu nə çətin riyazi hesablamadır ki.Amma inanın ki, doğurdan çətindi. Çünki bir insan kimi, bir şəxsiyyət kimi, birqələm adamı kimi Əjdər müəllimi ilk dəfə üzbəüz gördüyüm gün mənə məlumdur. Onu1980-ci il sentyabr ayının beşi, ya altısı tarixdə o vaxtkı Xalq Təsərrüfatıİnstitutunun qarşısında görmüşəm. Həmin ali məktəbdə təhsil alan bir dostum Əjdərmüəllimi mənə göstərib dedi ki, bu kişini tanıyırsan? Düzünü deyim ki, çiynimiçəkdim. Yəni yox! Dedi ki, indi mən onun adını söyləsəm, yəqin ki,tanıyacaqsan. Həqiqətən də Əjdər müəllimin adını söyləyən kimi özümdən asılıolmadan dedim:

- Bəli, şairitanıyıram, şeirlərini də oxumuşam...

Yazıma bu girişitəsadüfdən seçməmişəm və dediyim fikrin də üstündə qalıram. Çünki 80-ci ildənbaşlayan üzbəüz tanışlığın yaşı 38 il olsa da, mən bu tarixlə razılaşmıram. Onagörə ki, həyatım boyu qarşılaşdığım bütün insanların hamısından çox-çox səmimidirƏjdər Qiyaslı!.. Çox-çox diqqətcildir Əjdər Qiyaslı!.. Çox-çox mehribandı vəbir də çox-çox kövrəkdi Əjdər Qiyaslı!..

Bunları ona görəvurğulayıram ki, bu dediyim xüsusiyyətləri zamana çevirəndə onda mənim Əjdər müəllimlətanışlığımın yaşı elə səmimiyyətin, diqqətin, həssaslığın, kövrəkliyin yaşı qədərdi.Və bu dünyada bu yaş qədər yaşı olan tanışlığı, doğmalığı mən təsəvvürümə gətirmirəm.Elə həmin dediklərimin işığında masamın üstündəki kitaba diqqət yetirirəm.Kitabın adı da maraqlıdır:

- KARVAN HƏLƏYOLDADIR.

Bu, Əjdər müəlliminyenidən çap olunmuş, necə deyərlər, mətbəə qoxusu canından çəkilməmiş axarıncıkitabıdı. Və bu kitabda Əjdər müəllimin özünəməxsus aftoqrafı da var. Mən onunbu aftoqrafını bir neçə dəfə oxudum. Onagörə ki, həmin o dediyim duyğular bu aftoqrafın içərisinə elə hopmuşdu ki, oruhumu oxşayırdı. Və həmin ruhumu oxşayan səmimiyyətin içərisində kitabın üstşeirini oxuyuram.

Ömrüm boyusığınmışam Allaha,

Yoxdu daha nə kədərim,nə ahım.

Dünyada misilsizən böyük düha,

Mənim Allahımdı,mənim Allahım.


Allaha müraciətləbaşlanan şeir kitabının yəqin ki, hansı söz çəkisində, hansı fikir tutumundaolduğunu artıq təxmin etdiniz. Şəxsən mən bu şeiri oxuyandan sonra öz-özümə həmişəgörmək istədiyim Əjdər müəllimin bu an qapıdan içəri daxil olmasını arzu etdim.Onun nurlu çöhrəsindəki səmimiyyətin hardan gəldiyini indi daha dəqiqanlamışdım. Və özüm üçün müəyyənləşdirmişdim ki, Əjdər müəllim Allaha sığınanAllah adamıdır. Ona görə də o, ömrün illərini karvana bənzədir və oxucusunadeyir ki, mənim karvanım hələ yoldadır, sənin görüşünə gəlib və gələcəkdir.


Günlər gözəl keçəndə,

Həyat beçə baldadır.

Azmır dumanda, çəndə,

Karvan hələyoldadır.


Qandalanır ürəyi,

Çoxdur əhdi, diləyi.

Xoş günlərdi gərəyi,

Karvan hələyoldadır.


... Qabaqlayırzamanı,

Uğurludur həranı.

Əjdər olubsarvanı,

Karvan hələyoldadır.


Təbii ki, hərbir söz adamı öz söz dünyasının həm bağbanıdı, həm də öz ömür karvanınınsarvanı. Amma bunu haqq etmək və bu haqqı da həzin bir pıçıltı kimi oxucuyasöyləmək hər adamın imkanı daxilində deyil. Özü kimi sözü də səmimi olan ƏjdərQiyaslı Allaha sığındığı kimi, sözə də pənah gətirmək, bəzən mövzuya sığınmaq,bəzən də mövzunu ürəyində göyərtmək, ürəyinə sıxmaq imkanlarından elə özünəməxsusşəkildə yararlanır ki, onun misralarının yaratdığı mənzərənin ovqatına köklənməmək olmur. Deməli, söz özxiridarının, onunla dil tapan, onunla anlaşan və onun istədiyi nota kökləyə bilənəldə olanda lələ, qızıla çevrilir. Elə Əjdər Qiyaslı da sözdən bu cür istifadəedir, onu oxucu qarşısına məhz bu cür çıxarır. Hətta üzünü Kürə, Araza tutanda da, Qarabağ dərdlərindənkövrələndə də, Təbriz həsrətini dilə gətirəndə də... sevgi duyğularınıpıçıldayanda da... Vətəni tərənnüm edəndə də dostlara, doğmalara ünvanlı fikirlərçələngi yaradanda da... Deməli, bütün bunların mayasında yenə də vurğulayıram:Əjdər Qiyaslının bir şair səmimiyyəti, bir şair özəlliyi dayanır. Əjdər müəllimyazır ki:


Ömrün, gününqismətidi,

Taleyimə düşənyazım.

Gözəl dünya nemətidi,

Ana Kürüm, xanArazım.


... Arzularıaşıb daşır,

Qovuşandapıçıldaşır.

Vətənimə çoxyaraşır,

AnaKürüm, xan Arazım.


Vəyaxud:


Tanrı gözəllikdən yaradıbsəni,

Məftun eyləmisənəzəldən məni.

Hüsnünə heyrandıGünəş də, Ay da,

Çilçıraq içindəbüllur saray da,

Təbrizim, Təbrizim,gözəl Təbrizim,

Sən doğmaanasan, mənim əzizim.


Əjdər Qiyaslının"Təbrizim" şeiri həm də bir gözəl mahnı mətnidir. Şeiri oxuduqcaadamın iç dünyasında həmin mahnının musiqisi də qeyri-ixtiyari səslənir. Deməli,bu, sözün öz yerinə, öz notuna düşməsinə bir işarədir. Mən Əjdər müəlliminkitabını vərəqlədikcə, onun bir şair, bir ziyalı kimi dünyayla çəkişməsinin də,bəzən onun təqdir, bəzən tənqid etməsini də görürəm və bunu da anlayıram. ÇünkiƏjdər müəllimin şəxsi həyatına da az-çox şəxsi bələdçiliym var. Onun budünyayla haqq-hesab çəkmək hüququnda olduğunu da bilirəm. Və ona görə də:


Ağlamışam,gülmüşəm,

Göz yaşımısilmişəm,

Səni həmdəmbilmişəm,

Dünya, dünya, aydünya.


...Sirrini bilənyoxdu,

Gözün acdı, yatoxdu,

Köksümü deşənoxdu,

Dünya, dünya, aydünya.


Zənnimcə, bumisraların səmimiyyətinə köklənib rahatca xəyala dalmaq olar. Elə o xəyallar içərisindəgöz önündən bir müdrik şairin ömür yolunu və onun gözəl ürəyini də gətirmək heçdə çətin olmaz. Axı şair özü də ürəyinə üz tutub yazır:


Ömrünü, gününüvermədin bada,

Düşdü qismətinəTanrıdan səda,

Bir arzumqalmasın fani dünyada,

Ay mənim dözümlügözəl ürəyim.


Hə, doğurdan dadözümlüdü Əjdər müəllimin həm özü, həm də ürəyi. Ona görə dözümlüdü ki, o sözündüzünə, sözün halalına, sözün səmimisinə həmişə üz tutur və yazır ki:


Görmüşəm həyatınhər bir üzünü,

Çox sirli göstərirhər şey özünü.

Fırtına qoynundaolsa da gəmim,

Deyərəm yenə dəsözün düzünü.


Bax elə sözündüzü də onun Vətənə, torpağa, Qarabağa, dərdlərimizə, sevincimizə Azərbaycan əsgərinəünvanlanan fikirlərdə öz ifadəsini tapır. Həmin o əsgərə ki, ona Azərbaycanxalqı da güvənir. Həmin güvənci şair Əjdər Qiyaslı belə ifadə edir:


Əsgər odur...sinəsini,

İgid kimi gərə bilsin,

Bir həmlədə düşmənini,

Qırıb yerə sərəbilsin.


... Əsgərodur... mətanətlə,

Arxalansınöz-özünə,

Qələbəninsorağını,

Nur eləsin elgözünə.


Və yaxud:


Keşiyində vətənin,

Sayıq durur, mərddurur.

Hədəfinituşlayıb,

Quşu gözündənvurur,

Bizim Vətən əsgəri!


Bütün şeirlərindəözünəməxsusluğu qoruyan Əjdər Qiyaslı tarixi günlərə ithaf etdiyi şeirlərində,tarixi şəxsiyyətlərə ünvanladığı misralarında oxucunu inandırmağı bacarır.Xüsusilə hər kəsin tanıdığı, barəsində az-çox bilgilərə malik olduğu türkdünyasının ünlü insanları barəsində də Əjdər Qiyaslı elə hamının qəbul edəcəyiüslubda ithaf şeirləri yazır. Oxucu bu şeirləri oxuyanda şairin tutaq ki,Türkiyənin dövlət rəhbəri Ərdoğana və yaxud bütövlükdə türk dünyasına, Türkiyəyə,eləcə də ölkəmizin tanınan simalarına şairin böyük sevgisinin, inamının şahidiolur. Bu da o deməkdir ki, Əjdər Qiyaslı sözü nəinsə xatirinə deyil, içərisində,ürəyində olan sevginin diqtəsilə yazır. Hətta onun qəhrəmanı dünyasını dəyişmişolsa belə misralarda o sevgi, o səmimiyyət aydın şəkildə görünür.

Mən bir oxucuolaraq çox böyük sayğı bəslədiyim Əjdər Qiyaslının "Karvan hələyoldadır" kitabına atüstü, necə deyərlər, isti-isti ifadə etdiyim bu oxucumünasibətimi yekunlaşdırarkən bildirmək istəyirəm ki, bu kitabı əldə ediboxuyan hər kəs öz qarşısında bir səmimi duyğuların çələngini görəcəkdi. Və onunpoeziya dünyası ilə baş-başa qalmaqdan zövq alacaqdı. Çünki bu səmimiyyətin, buduyğusallığın şahidi olmaq hər an mümkün deyil. Axı, başqa cür də ola bilməz.Ona görə ola bilməz ki, misraların müəllifi Əjdər Qiyaslıdı. O, öz oxucularınaxitabən deyir ki, XƏTRİMƏ DƏYMƏ:


Həyatın yollarıdumandı, çəndi,

Çətin sınaqda da qəddini əymə.

Yaxşı da, yamanda ötüb keçəndi,

Beş günlükdünyada xətrimə dəymə.


... Dəryada qərqolsa ömür yelkəni,

Bir daha yenidəntapmazsan məni.

Haradan alarsansəni sevəni,

Beş günlükdünyada xətrimə dəymə.


Bax elə mən dəbu beş günlük dünyada öz səmimiyyətilə, öz poetik duyğularıyla, öz şəxsiyyətiləözümə doğma bildiyim Əjdər Qiyaslının ömür karvanının hələ də uzun bir yol gedəcəyinəinanaraq demək istəyirəm ki:

- Əjdər müəllim,siz elə bir insansınız ki, elə bir qələm adamısınız ki, heç kim sizin xətrinizədəyə bilməz. Bundan əmin olun! Yolunuzuğurlu, kitabınız mübarək olsun!


TƏQVİM / ARXİV