Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | DGK: Ermənistan mənşəli malların ölkəyə gətirilməsi mümkün deyil Adalet.az | DGK: Ermənistan mənşəli malların ölkəyə gətirilməsi mümkün deyil Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

DGK: Ermənistan mənşəli malların ölkəyə gətirilməsi mümkün deyil

1635    |   2018-10-11 18:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Ermənistan mənşəli məhsulların ölkəmizin gömrük ərazisinə idxal olunması qadağandır və bu kimi məhsulların rəsmi idxal əməliyyatları zamanı gətirilməsi qeydə alınmayıb.

Bunu Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) son günlər Ermənistanda istehsal edilən şirniyyat məhsulunun Azərbaycana gətirilməsi ilə bağlı məlumatlara açıqlamada deyilib.

Məlumatda qeyd edilir ki, həmin məhsulu gətirən şəxs açıqlama verərək bəhs olunan qida məhsulunun Ermənistan mənşəli olduğunu bilmədən şəxsi istehlak məqsədilə ölkənin gömrük sərhədindən keçirdiyini bəyan edib.

Bununla əlaqədar DGK bildirir ki, gömrük orqanları Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin edib:

"Yəni, Ermənistan mənşəli malların gömrük nəzarətindən keçirilməklə kommersiya məqsədilə ölkəyə gətirilməsi mümkün deyil.

Lakin fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə güzəştli qaydada ölkə ərazisinə gətirilən məhsullar arasında bəzi hallarda Ermənistan mənşəli spirtli içkilər, kofe və digər bu kimi ərzaq məhsulları, tütün məmulatları qeydə alınıb və onları gətirən şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş məsuliyyət tədbirlərinin görülməsi təmin edilib".

Məlumatda həmçinin qeyd edilir ki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaş ay ərzində ümumilikdə 30 kq miqdarında müxtəlif ərzaq məhsullarını güzəştli qaydada ölkə ərazisinə gətirə bilər və bu halda həmin şəxslərin gətirdiyi ərzaq bağlamalarının arasında Ermənistan istehsalı məhsulların olması ehtimalına qarşı risk analizləri əsasında gömrük nəzarəti tətbiq olunur:

" Bağlamalardakı məhsulların tək-tək yoxlanılması, oradakı malların etiketlərinə baxış keçirilməsi isə gömrük nəzarətinə sərf olunan vaxtın xeyli uzanmasına, bu da öz növbəsində gömrük-sərhəd buraxılış məntəqələrində insanların ləngiməsinə və sıxlıqlara səbəb ola bilər. Əlbəttə, hər bir vətəndaş xarici ölkələrdən öz şəxsi tələbatı üçün qanunvericiliyə müvafiq olaraq istənilən məhsulu gətirə bilər. Lakin yazılmamış qanunlar da var. Müharibə şəraitində olduğumuz, ərazi bütövlüyümüzə qəsd edən bir ölkənin məhsulunu gətirən vətəndaş cəmiyyət qarşısında mənəvi öhdəçiliyini, vicdanını və məsuliyyət hissini unutmamalıdır".



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK