Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | İsmayıllının Qoydan kəndində sürüşmə kütləsi evlərə gəlib çatdı Adalet.az | İsmayıllının Qoydan kəndində sürüşmə kütləsi evlərə gəlib çatdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

İsmayıllının Qoydan kəndində sürüşmə kütləsi evlərə gəlib çatdı

3439    |   2018-10-11 18:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İsmayıllı rayonunun Qoydan kəndində sürüşmə prosesi aktivləşib.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, Qoydan kəndində artıq iki aydır ki, davam edən aktivlik nəticəsində sürüşmə kütləsi əhatə dairəsini daha da genişləndirərək 3 evə çatıb.

Bu barədə artıq müvafiq qurumlara məlumat verildiyini deyən ETSN rəsmisi aktivliyin son bir həftə ərzində xüsusilə nəzərə çarpdığını söyləyib.

Qoydan kəndində qədim sürüşmə ərazisinin olduğunu xatırladan ekspedisiya rəisi əlavə edib ki, sentyabrın sonu. oktyabrın əvvəllərində kənd ərazisinə düşən atmosfer yağıntılarının miqdarında artımın olması sürüşməni daha da aktivləşdirib.

Nazirlik rəsmisi onu da əlavə edib ki, Şamaxının Mədrəsə kəndində də sürüşmə prosesində aktivlik müşahidə edilir:

"Həmin kənddə bu proses ötən il başlayıb. Ötən il sürüşmə biçin, otlaq sahələri daxil olmaqla, 40 hektardan artıq ərazini əhatə edirdi. Sürüşmə prosesinin aktivliyi nəticəsində kənddə 5-dən artıq evdə çatlar əmələ gəlmişdi, onlar qəzalı vəziyyətə düşmüşdü. İndi isə artıq oradakı çatların parametrlərində böyümə qeydə alınır"




İmza:
SON XƏBƏRLƏR
2018-12-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK