adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Oktyabr 2018 16:49
13424
ELM VƏ TƏHSİL
A- A+

BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, "Caspian Event Organisers” ("CEO”) şirkətinin təşkilatçılığı ilə"Uşaqların gələcəyinə sərmayə” devizi altındaXII Azərbaycan beynəlxalq təhsil sərgisinin ("Education 2018”) açılışı olub.Dünyanın12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidəBakı Dövlət Universiteti öz stendi ilə təmsil olunur.

Açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun BayramovNazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.

Daha sonranazir Ceyhun Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən Bakı Dövlət Universitetinin stendi ilə yaxından tanış olub.Stendə baxış zamanıuniversitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel MəhərrəmovBöyük Britaniyanın "Quacquarelli Symonds” (QS) şirkətinin aliməktəblərin beynəlxalq reytinq sırasında Azərbaycandan yalnız Bakı Dövlət Universitetinin yer aldığını bildirib. Rektor həmçinin Bakı Dövlət Universitetinin daha iki beynəlxalq reytinq cədvəlindəqərarlaşdığını nazirin diqqətinə çatdırıb.

Qeyd edək ki, üç gün davam edəcək XII Beynəlxalq TəhsilSərgisində ziyarətçilərə Bakı Dövlət Universitetinin bakalavr, magistratura vədoktorantura pillələri barədə məlumat veriləcək. Həmçinin ziyarətçilər universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanışolma şansı əldə edəcəklər.

Xatırladaq ki, ötən il keçirilən eyniadlı sərgidə Bakı Dövlət Universiteti "Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilmişdi.