adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Oktyabr 2018 16:46
7918
GÜNDƏM
A- A+

Mətbuatda şərəf və ləyaqəti alçaltmaya görə yeni cəza tətbiq olunacaq

Kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə yeni cəza tətbiq olunacaq.


Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147-ci maddəsinə (təhqir) dəyişiklik təklif edilir.


Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası veriləcək.

Hazırkı qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:

Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.