Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | İşsiz şəxslərə mal və materialların verilməsinə başlanılıb Adalet.az | İşsiz şəxslərə mal və materialların verilməsinə başlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

İşsiz şəxslərə mal və materialların verilməsinə başlanılıb

3422    |   2018-10-11 16:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Özünüməşğulluq proqramı çərçivəsində işsiz vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Adalet.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ƏƏSMN tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.

İlk olaraq Cəbrayıl rayonu üzrə 123 nəfər (Biləsuvar rayonu, 5 saylı qəsəbə), Füzuli rayonu üzrə 108 nəfərə, ümumilikdə 231 şəxsin əsasən heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təmin olunması nəzərdə tutulub. Bu gün artıq onlardan bir qrupuna iri və xırda buynuzlu mal-qara verilib və digərlərinə də yaxın bir neçə gündə təqdim olunacaq.

Dövlət başçısının müvafiq Sərəncamına əsasən ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqram aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdadır.

Ötən il özünüməşğulluq proqramına 1200 nəfər cəlb olunsa da, bu il bundan dəfələrlə çox olmaqla özünüməşğulluq proqramına 7 minədək işsiz və işaxtaran vətəndaşın cəlb olunması nəzərdə tutulub. Artıq özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Onlardan təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunacaq, kiçik ailə bizneslərinin yaradılması üçün köməklik ediləcək.

Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını bir daha göstərir. Hər iki rayon üzrə proqram iştirakçıları məcburi köçkünlər olmaqla yanaşı, onların sırasında 50 nəfər əlilliyi olan şəxs, 8 şəhid ailəsi üzvü, 76 nəfər sağlamlıq imkanları məhdud uşağı olan valideyn və başqaları var. Eyni zamanda, 231 nəfər iştirakçıdan 63 nəfəri qadın, 71 nəfəri gəncdir. Verilmiş mal və materialların hesabına reallaşdırılan biznes planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir.

Mal və materiallarla təmin olunan vətəndaşlar onların özünüməşğulluğunun təmin olunması, kiçik ailə bizneslərini qurmaları və gəlirlərini artırmaları üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Proqram iştirakçıları onlara verilmiş mal və materiallardan düzgün və səmərəli istifadə edəcəklərini, bu gün dövlətin dəstəyi ilə yaratdıqları fərdi təsərrüfatlarını daim inkişaf etdirmək və gələcəkdə genişləndirmək, öz zəhmətləri ilə ailə gəlirlərini artırmaq üçün səylə çalışacaqlarını vurğulayıblar.




İmza:

Ağcabədidə məşəyi bəlli olmayan 170 kiloqram ət aşkarlandı

“Azərsun Holdinq” Ümummilli Liderin xatirəsini yad etdi

Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi - FOTO

ALLAH HEÇ KİMİ YALQIZ ELƏMƏSİN

Nazirlik bayram yarmarkası ilə bağlı YENİLİK etdi

Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi

Metroda mübahisə edən gənclər barışdılar

DYP-dən növbəti reyd: 30-dan çox maşın cərimə meydançasına aparılıb

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA

Nazir müavini: Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək

Yol polisi texniki baxışa görə sürücülərə MÜRACİƏT etdi - Qaydalar dəyişib

SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK