adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Oktyabr 2018 16:03
11269
İDMAN
A- A+

Azərbaycan - Malta oyununun hakimləri bilindi

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 14-də, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Adalet.az xəbər verir ki, görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İvan Bebek, onun köməkçiləri Tomislav Petroviç, Miro Qrqiç, dördüncü hakim Qoran Pataki, əlavə köməkçi hakimlər isə Mario Zebeç, Qoran Qabrilo olacaq.