adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Oktyabr 2018 15:05
10274
DÜNYA
A- A+

Türkiyədə prokurorluqda kütləvi zəhərlənmə

Türkiyənin İzmir şəhərində kütləvi zəhərlənmə qeydə alınıb. Trend-in məlumatına görə, insident prokurorluq binasında baş verib.

Azı 6 nəfərin zəhərləndiyi ehtimal olunur.

İlkin məlumatlara əsasən, zəhərlənmənin səbəbi qaz sızması olub.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Binada insanların təxliyəsi aparılır.