adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Oktyabr 2018 14:57
6077
HADİSƏ
A- A+

Məcburi köçkün Tərtərdə minaya düşüb - Yenilənib

Tərtər rayon sakini Azad Həsənov minaya düşüb.

Rayon İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, hadisə Həsənqaya kəndi ərazisində baş verib. Minaya düşən gənc həmin ərazidə mal-qara otarırmış.
A.Həsənov Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, ayağı aşağı hissədən amputasiya edilib.

Qeyd edək ki, Azad Həsənov Kəlbəcər rayonundan məcburi köçkün düşüb. O, ailəsi ilə birlikdə Tərtər ərazisində məskunlaşıb. Aprel döyüşləri ərəfəsində düşmənin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində bacısı, 16 yaşlı Turanə həlak olub.