adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Oktyabr 2018 11:58
16033
DÜNYA
A- A+

ERMƏNİSTANI ERMƏNİ XALQI YOX, RUSİYA İDARƏ EDİR

Bizim politoloqların Paşinyanla bağlı bəzi mülahizələrini oxuyanda bişmiş Siyəzən toyuğunun da gülməyi gəlir: ay Rusiya Paşinyanı istəmir, Paşinyan hakimiyyəti itirəcək, Putinin Paşinyana mövqeyi çox sərtdi və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq.

Doğrudanmı bizim politoloqlar bu qədər sadəlövhdür? Putin istəməsə Paşinyan o kresloda bir saat da otura bilməz, bütün Ermənistan Paşinyanın dalında dursa belə.