Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | KONSULLUQDA QƏTL Adalet.az | KONSULLUQDA QƏTL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

KONSULLUQDA QƏTL

11682    |   2018-10-12 09:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda yoxa çıxmış jurnalist Camal Qaşıqçı olayı ilə bağlı qalmaqal dövlətlərarası münasibətlərdə ciddi gərginlik yaradıb.

Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan və son bir ildir ki, ABŞ-da yaşayan jurnalist Camal Qaşıqçı oktyabrın 2-də öz ölkəsinin İstanbuldakı konsulluğuna girib və ... izsiz-soraqsız yoxa çıxıb. Ç. Qaşıqçı ABŞ-ın məşhur "Vaşinqton post” qəzetinin əməkdaşıydı və orda Səudiyyə Ərəbistanını, xüsusilə hazırkı vəliəhd şahzadə Məhəmməd bin Salmanı tənqid edən yazılarla çıxış edirdi. Elə onun itkin düşməsinə ilk reaksiya da məhz "Vaşinqton post”dan gəldi. Qəzet jurnalistin konsulluqda yoxa çıxması xəbəriylə yanaşıməsələyə öz etirazını onun köşəsi üçün nəzərdə tutulmuş yeri ağ buraxmaqla bildirdi.

C. Qaşıqçı İstanbuldakı konsulluğa özünün qarşıdakı toy mərasimi ilə bağlı sənədlərini hazırlamaq üçün getmişdi. Konsulluqdan əvvəki arvadından boşanması haqqında sənəd almalıydı ki, yenidən kəbin kəsdirə bilsin. Konsulluğa gedərkən təzə nişanlısı yanında olsa da onun içəri keçməsinə icazə verilməyib.Camalısa içəri buraxarkən mobil telefonunu əlindən alıblar. Qız konsulluğun qarşısında nə az, nə çox, düz on bir saat öz gələcək həyat yoldaşını gözləyib, ancaq o bir daha geri qayıtmayıb. Jurnalistin başına nə iş gəldiyini indiyə kimi heç kim dəqiq bilmir.

Hadisə haqqında məlumat yayılan kimi Türkiyə xüsusi xidmət oraqnları məsələni araşdırmağa başlayıb. Röyter agentliyi Türkiyə hüquq-mühafizə orqanlarındakı gizli mənbəyə istinad edərək bildirib ki, həmin gün konsulluğa Səudiyyə Ərəbistanından gəlmiş 15 nəfər adam daxil olub. İstintaqçıların versiyasına görə Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının əməkdaşları olan həmin adamların görüntüləri konsulluğun ətrafındakı kameralarda çox aydın şəkildə öz əksini tapıb.

Səudiyyə rəsmiləri özlərinə yönəlik bütün ittihamları rədd edir və jurnalistin səfirliyin binasını tərk etdiyini bildirirlər. Lakin jurnalistin binaya daxil olması ətrafda quraşdırılmış çoxsaylı videokameralarda görünsə də onun ordan çıxması haqqında heç bir görüntü tapmaq mümkün olmayıb. Üstəlik, nişanlı qız da çöldə onu gözləyirdi, axı. Daha sonra Səudiyyə rəsmiləri onun guya konsulluğun dal qapısından çıxdığını (oxu: çıxarıldığını) bildiriblər.

Türkiyə prezidenti R.T.Ərdoğan da məsələyə sərt münasibət sərgiləyib. O, Budapeştdə keçirdiyi mətbuat konfransında deyib ki, Səudiyyə Ərəbisatanının vəzifəli şəxsləri sadəcə olaraq, onun konsulluq binasını tərk etdiyini söyləyirlər. Söyləməklə iş bitməz, bunu görüntülərlə sübut eləmək lazımdır.

Türkiyənin xarici işlər nazirliyi Səudiyyə Krallığının Ankaradakı səfiri Valid Abdul Kərim əl Xaricini nazirliyə dəvət edərək konsulluqda axtarış aparılmasına icazə istəyib. Nazirliyin bu istəyinə dolayısı cavab isə vəliəhd şahzadədən gəlib. O, Blombergə müsahibəsində deyib ki, bu suveren ərazidir. Ancaq onlar istəsə biz orda axtarış aparılmasına icazə verərik. Onlaristəyir, bunlar da icazə verir, amma həllik axtarış aparılıb-aparılmaması haqqında dəqiq bir məlumat yoxdur.

Əvəzində Nyu York Times qəzetinin Türkiyə təhlükəsizlik orqanlarındakı gizli mənbəyə istinadən yaydığı başqa bir məlumat var. Həmin mənbənin qəzetə bidirdiyinə görə Səudiyyədən göndərilən həmin 15 nəfər jurnalisti elə konsulluğun binasında qətlə yetiriblər. Özü də əməliyyat çox qısa müddətdə, yurnalist binaya girəndən bir neçə saat sonra başa çatıb.

Ancaq kral ailəsinə yaxın mənbələrdən verilən məlumata görə jurnalist sağdır və o, konsulluqda həbs edilərək qara rəngli Mersedes S-500 avtomobiliylə İstanbul aeroportuna, ordansa xüsusi təyyarəylə Ər-Riyada gətirilib. Mənbə onun Səudiyyə Ərəbistanına hansı səbəbdən aparıldığı barədə suala cavab verməkdən yayınsa da bildirib ki, onda olan məlumata görə Camal Qaşıqçı bu yaxınlarda sərbəst buraxılacaq. Krallığın yuxarıda adını çəkdiyimiz səfirisə qətl və həbs versiyalarının hər ikisini təkzib edir və onun konsulluğu tərk edib getdiyini bildirir.

Bu arada Amerikadan da sərt tələblər səslənir. Rambler agentliyinin məlumatına görə hər iki partiyanı təmsil edən 20-dən çox senator prezident Trampa məktub göndərərək jurnalistin itkin düşməsində günahkar olan şəxslərin tapılıb cəzalandırılmasını, lazım gələrsə jurnalistə qarşı qanunsuz hərəkətlərə yol vermiş bütün şəxslərə qarşı Maqnitski aktı çərçivəsində sanksiyalar tətbiq edilməsini tələb ediblər.

Ancaq ekspertlər ABŞ hökumətinin vaxtilə Senatın Rusiya rəsmilərinə yönəlikqəbul etdiyi Maqnitski aktının öz yaxın müttəfiqi Səudiyyə Ərəbistanına qarşı tətbiq edəcəyini o qədər də inandırıcı saymırlar.

Adalet.az




İmza:
SON XƏBƏRLƏR
2018-12-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK