adalet.az header logo
  • Bakı 7°C
14 Oktyabr 2018 11:43
40789
DÜNYA
A- A+

PAŞİNYANIN ARVADI SÜLH QARĞASI ROLUNDA

İşğalçı Ermənistanın baş nazirinin arvadı Anna (familiyası yadımdan çıxdı) Rusiyadan özü kimi bir sürü arvadı yığıb gətirib Dağlıq Qarabağa, hətta qoşunların təmas xəttinə, sülh qarğalığı edir.

O, bir sürü urus arvadı da ondan soruşmur ki, sülh istəyirsənsə niyə öz oğlunu işğal elədiyiniz Azərbaycan torpaqlarına hərbi xidmətə göndərmisən? İndi həm Qarabağdan, həm də geri döndükdən sonra Rusiyadan dünyaya bar-bar bağıracaqlar ki, bax, erməni anaları sülh istəyir, amma azərbaycanlı analar onların çağırışına cavab vermir. Və dünyada əleyhimizə yeni bir kampaniya başlayacaq.

Bizim analarımız da sülh istəyir, amma ədalətli sülh. Ermənistan BMT-nin məlum 4 qətnaməsini yerinə yetirir, qoşunlarını Qarabağın ərazisindən çıxarır, sonra hər iki xalq mamaçalarsız oturub sülh danışıqlarına başlayırlar.

Mamaça da ATƏT və ATƏT-in həmsədrləri – ABŞ, Fransa, Rusiya.

P.S. Bu çağırışına görə bu sülh qarğasına Nobel sülh mükafatı versələr, təəccüblənmərəm.