Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Faiq QİSMƏTOĞLU: KƏND TOYUĞU Adalet.az | Faiq QİSMƏTOĞLU: KƏND TOYUĞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: KƏND TOYUĞU

Yaxud eşit, inanma

2897    |   2018-10-11 14:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən inanmıram ki, kiminsə kənd toyuğundan və onun dadından xoşu gəlməsin. Özü də kənd toyuğunun çığırtmasının özgə bir dadı var. Yaxın bir insanla dostluq eləyirik. Onun qabağına kabab da qoysan, aş da gətirsən, nə bilim çox istədiyi xaş da versən yenə dediyinə görə toyuq çığırtmasının ləzzətini o yeməklərdən ala bilmir. Deyir ki, kəndə gedəndə qohum-əqrəba əldən-ayaqdan gedir. Biri deyir qoyun kəsim, biri deyir hiduşka kababı eləyim, amma bunların heç birilə razılaşmıram. Soruşuram ki, ay bacı, toyuq-cücəniz var? Bacım da deyir ki, var, niyə yoxdur? Qapımdakı toyuq-cücə hamısı sənə qurbandı. Bax onda o toyuğun birini kəs, çığırtma elə yeyim! Toyuğun çığırtmasından ləzzətli heç bir yemək tanımıram.

Təbii ki, hamımızın ürəyindən kənd toyuğunun çığırtmasını yemək keçir. Ancaq gərək bizim yemək istədiyimiz o toyuq da kənd toyuğu ola da. Çoxlarımız bazar-dükana gedib kənd toyuğu almaq istəyirik. Kənd toyuğunu tanıyanlar, bilənlər o dəqiqə görür ki, bazarda satılan toyuq fabrik toyuğudu, yoxsa kənddə yetişdirilən toyuq. Aydındır ki, hər adam da toyuğun fabrik və yaxud kənd toyuğu olduğunu aydınlaşdıra bilməz. Bunun üçün ən azından sən kənddə böyüməli və yaşamalısan. Ola bilər kənddə yaşamaysan, ancaq kənd toyuğunu tanıyasan.

Xüsusən Bakı şəhərində kənd toyuğu adı altında satılan toyuqların əksəriyyəti fabrik toyuqlarıdı. Bu barədə istənilən adamla və satıcıyla mübahisə edə bilərik. Belə ki, kənd toyuğunun fabrik toyuğundan fərqləndirən bir çox xüsusiyyətləri var. Birincisi, kənd toyuğu fabrik toyuqları kimi iri olmur. İkincisi də bu toyuqlar kəsilib satılanda onu tanımaq daha çətindi. Bakıda da bazar-dükanlarda belədir ki, kənd toyuğu adıyla satılan toyuqlara sarı rəng vururlar. Guya sarı rəng ona dəlalət edir ki, satılan toyuq kənd toyuğudur.

Biz dəfələrlə Bakının Təzə bazar, 8-ci Kilometr, Keşlə, Nəsimi bazarlarında bu cür vəziyyətlərlə üzləşmişik. Satıcıyla alıcı arasında olan dialoqu da görmüşük. Bir alıcı satıcıdan soruşur:
- Ay bacı, bu kənd toyuğudur?
- Hə, kənd toyuğudur. Görmürsən, rəngi sarıdı?
- Bəs onu neçəyə verirsən?
- Çox baha vermirəm, yeddi manat ver, götür!
Amma nədənsə alıcı o pulu vermir, toyuğun rəngindən şübhələnir və qayıdıb satıcıya deyir:
- Bacı, mən bu toyuğu almaqdan vaz keçdim. Çünki toyuq kənd toyuğuna oxşamır.
Satıcı da alıcının bu sözlərindən qəzəblənir və dişinin dibindən çıxanı onun üstünə yağdırır:
- Alırsan al, almırsan cəhənnəmə al! Sən almayacaqsan, bir başqası gəlib alacaq.
Heç iki dəqiqə keçmir, başqa birisi gəlib o rəngi sarı toyuğu yeddi manat verib alır. Satıcı da sevinə-sevinə dillənir:
- Qadam ürəyinə olsun, elə bildin sən toyuğu almayanda başqası almayacaq? Görürsən, necə gəlib alırlar.
Yəqin belə epizodla siz də çox vaxt üzləşmisiniz. Amma bazarlarda və bəzi ticarət şəbəkələrində kənd toyuğu adıyla satılan toyuqların kəndə heç bir adiyyəti yoxdur. Hətta görürsən ki, məsələn, bərk gedən super marketlərdə toyuğun başı və ayaqları üstündədir. Satıcıdan soruşursan ki, xanım, bu fabrik toyuğudur, yoxsa kənd toyuğu? O da gülür və deyir:
- Əlbəttə, kənd toyuğudur.

Bax, ataların bir məsəli burda yada düşür: «Eşit, inanma!» Yalandan alıcılara satıcılar hər söz deyirlər. Ancaq sadəcə olaraq hər bir alıcı bir qədər diqqətli olmalı və toyuq alarkən dəqiqləşdirib sonra bu addımı atmalıdır. Bir çox halda bazarlarda kənd toyuğu adı altında rəngarəng toyuqlar da satılır. Bax, onlar da kənd toyuğu deyil. Sadəcə olaraq, fabrikdən cücə olarkən alınıb və müəyyən adamlar onu bir müddət saxlayıb satışa çıxarırlar. Onu da bəh-bəhlə tərifləyib kənd toyuğu adı altında əhaliyə sırayırlar.
Mənim özüm də kənddə böyümüşəm. Rəhmətlik nənəm və anam əvvəlcə toyuğun altına yumurtanı yığıb qoyardılar və müəyyən müddətdən də sonra cücələr çıxardı. Bu cücələr də həyət-bacada ot yeyər, çox nadir halda ona dən atardılar. Böyüyəndə isə təbii ki, onu kəsərdilər. Bax, o kənd toyuğunun dadı bu gün də damağımızdan getməyib. Bəs onda bazarlarda və bəzi ticarət şəbəkələrində satılan toyuqlara necə kənd toyuğu demək olar?

Aydındır ki, elə bunun özü də cinayətdir. Yəni fabrikdə yetişən toyuğu kənd toyuğu adıyla bazara çıxarasan və sonra da camaata satasan. Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhərində bu cür qanunsuz satışların qarşısı alınır. Bir neçə həftə bundan əvvəl məlum qurum Bakıda sexlərdə yoxlama aparmış və bu vaxt çox böyük qanun pozuntusu aşkarlanmışdı. Bəlli olmuşdu ki, sexlərdə kəsilib sarı rəngə boyanan toyuqlar bazarlara çıxarılır və kənd toyuğu adıyla əhaliyə satılır. Bu cür qanun pozuntusunun aşkarlanması onu deməyə əsas verir ki, Bakı şəhərində saxta məhsul istehsal edən və bundan külli miqdarda pul qazanan işbazlar var. Bu işbazlar pul qazanmaq üçün nə desən addım atmağa hazırdılar.

Qəribədir ki, bazarlarda kənd toyuğu adı altında kənd yumurtası da satışa çıxarılır. Hətta ticarət mərkəzlərində bu cür hallara rast gəlmək olur. Məsələn, biz dəfələrlə Yeni Günəşlidə yerləşən «Ballı» marketdə ayaqları və başı üstündə olan guya kənd toyuğunu və eləcə də kənd yumurtasının satıldığını görmüşük. Əslində isə həm toyuq, həm də satılan yumurta fabrikdə istehsal edilən məhsullardı. Sadəcə olaraq, bəzi ticarət şəbəkələri adiyyəti qurumların nəzarətsizliyindən istifadə edərək bu cür hallara yol verirlər. Daha doğrusu, onlar əlləm-qəlləm işlərinin qarşısının alınmadığını görüb öz bəd əməllərini davam etdirirlər.

İndi nə yaxşı ki, Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində həm bazarlarda, həm də ticarət mərkəzlərində kənd toyuğu adıyla satılan qeyri-qanuni məhsulların qarşısını almağa çalışır. Üstəlik də görürsən ki, tez-tez alış-verişlə məşğul olan bəzi işbazlar maşınla yaşayış binalarının yaxınlığına gəlir, kənd toyuğu satdıqlarını bildirirlər. Bu toyuqların da qiyməti 5-6 manat arasındadır. Kənd toyuğunu tanıyanlar onlara yaxın gəlmir, tanımayanlar isə çox böyük həvəslə o toyuqların alıcılarına çevrilirlər. Mənim qohumlarımdan biri bu yaxınlarda bizə gəlmişdi. Dörd dənə də kənd toyuğunu mənə pay gətirmişdi. Çox çək-çevirdən sonra öyrəndim ki, toyuğun birini 9 manata alıb.

Bu hadisədən sonra bir daha hər şey bizə gün kimi aydın oldu. Aydın oldu ki, bazarlarda və ticarət mərkəzlərinin bir çoxunda satılan toyuqlar heç də kənd toyuğu deyil. Ona görə də kənd toyuğu alarkən çox diqqətli olmaq lazımdır. Ən azından o toyuğun çəkisinə və rənginə fikir vermək tələb olunur. Bax, onda siz aldanmaz, dələduz satıcıların toruna düşməzsiniz. El dilində demiş olsaq, fabrik toyuğunu bu işbazlar sizə kənd toyuğu adı altında sırıya bilməzlər.




İmza:

Ağcabədidə məşəyi bəlli olmayan 170 kiloqram ət aşkarlandı

“Azərsun Holdinq” Ümummilli Liderin xatirəsini yad etdi

Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi - FOTO

ALLAH HEÇ KİMİ YALQIZ ELƏMƏSİN

Nazirlik bayram yarmarkası ilə bağlı YENİLİK etdi

Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi

Metroda mübahisə edən gənclər barışdılar

DYP-dən növbəti reyd: 30-dan çox maşın cərimə meydançasına aparılıb

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA

Nazir müavini: Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək

Yol polisi texniki baxışa görə sürücülərə MÜRACİƏT etdi - Qaydalar dəyişib

SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK