adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Oktyabr 2018 13:23
6673
GÜNDƏM
A- A+

ABŞ mərkəzi kəşfiyyat idarəsi Camal Qaşıqçı haqqında açıqlama verdi

Dünən adını açıqlamayan türk səlahiyyətliləri Qaşıqçının öldürüldüyünü rəsmən açıqladı.

Bugün isə ABŞ kəşfiyyat idarəsi Qaşıqçı ilə bağlı açıqlama verdi. ABŞ-ın səlahiyyətli şəxsləri "Səudiyyə Əərəbistanın vəliəhdi Məhəmməd ibn Salman jurnalist Camal Qaşıqçını ABŞ-dakı evindən qaçırıb Səudiyyə Ərəbistanına aparmaq və burada həbsdə saxlamaq əmrini vermişdi” deyə açıqladı.

Shane Harris imzalı xəbərdə mərkəzi kəşfiyyat idarəsinin səlayhiyyətlisi "İstanbulda baş verən bu hadisədə Səudiyyə rejiminin barmağının olduğunu ortaya qoyur” deyilir.

Qəzetə danışan Qaşıqçının dostları da son dörd aydır belə bir risk olduğuna dair Riyad idarəçilərindən siqnal aldıqlarını dedilər. Qaşıqçını qaçırtmaq planları içərisində jurnalistə zərər vermə kimi bir planları olub-olmadığının hələ bilinmədiyi vaxt, Trampa yaxın qaynaqlar bu hadisədən sonrakı prosesin yavaşladığından Trampın narahatlığını bildiriblər.

Qeyd edək ki, bu həftə Tramp baş verənlər haqqında əlində heç bir sənəd və məlumat olmadığını açıqlamışdı.