adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 Oktyabr 2018 12:43
12712
KRİMİNAL
A- A+

İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN-dən Adalet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağatahir Zəkiyev saxlanılıb.

Onun Albalılıq yaşayış sahəsindəki evinin həyətinə baxış zamanı 2 kiloqram 150 qram qurudulmuş marixuana və istixanada kultivasiya yolu ilə yetişdirilən 2115 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq A.Zəkiyevin evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi də aşkarlanıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri təxminən bir ay əvvəl əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.