ANA SƏHİFƏ / SİYASƏT

Avrasiya ölkələri spikerlərinin görüşündə Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib

2517    |   2018-10-11 11:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşündə Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib.

Adalet.az-ın məlumatına görə, görüşdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Avrasiya qitəsində yaşayan xalqların firavan gələcəyi yalnız qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər.

O.Əsədov bildirib ki, təəssüflər olsun ki, Avrasiya məkanında alovlanmaqda olan müharibə və münaqişə ocaqları, o cümlədən ölkəmizin zorla cəlb edildiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi geniş bir bölgənin inkişaf imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir:

"Ermənistan silahlı qüvvələri 25 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini, yəni Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal edib. Aparılan etnik təmizləmə nəticəsində Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakin qovulub, didərgin salınıb. Azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törədilib”.

Spiker vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib:

"Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb olunub, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də Avrasiya qitəsində və bütün dünyada sülh və sabitlik üçün daim təhlükə mənbəyidir. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır”.



İmza:

Fransalı merin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək

Qazaxıstan Dəmir Yolları: Azərbaycan Trans-Xəzər dəhlizində əsas tranzit nöqtəsidir

Putin Ərəbistana gedəcək - Kaşıkçı məsələsinin bitməsini gözləyir

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR

"Belarusiyaya qarşı hər hansı bir hərbi müdaxilə..."

Millət vəkili: “Star” layihəsi Azərbaycan və Türkiyənin nüfuzunu daha da artıracaq

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - “ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”

Novruz Məmmədov nazirləri topladı

Ərdoğan: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"

Milli Məclisdə komitə iclası keçirilib

SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK