adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 Oktyabr 2018 11:41
11473
İDMAN
A- A+

Sərbəst güləşçilərimiz “Ugra Open”də yarışacaqlar

Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda "Ugra Open” turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Adalet.az-a verilən məlumata görə, ənənəvi xarakter daşıyan yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 7 idmançı - Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq. Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.