adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Oktyabr 2018 11:00
9948
DÜNYA
A- A+

Hindistan güclü qasırğanın astanasında: insanlar təxliyə edilir

Güclü "Titli" qasırğasının yaxınlaşması ilə əlaqədar Hindistanın Orissa ştatının 5 sahilboyu rayonundan təqribən 300 min insanın təxliyəsinə başlanılıb.

Adalet.az-ın məlumatına görə, qasırğa, sürəti saatda 140-150 km-ə çatan küləyin sürəti tezliklə Orissanı bol yağıntılara qərq edəcək. Sonra qasırğanın şimala tərəf, Qərbi Benqaliya ştatına üz tutacağı bildirilir.

Bu gün Orissada əksər dövlət qurumları bağlanıb. İctimai nəqliyyat işləmir. Balıqçılara dənizə çıxmamaq tövsiyə olunub.