Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Silsilə oğurluq edən 18 yaşlı gənc saxlanılıb Adalet.az | Silsilə oğurluq edən 18 yaşlı gənc saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Silsilə oğurluq edən 18 yaşlı gənc saxlanılıb

4293    |   2018-10-10 17:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qubada silsilə oğurluq edən 18 yaşlı gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Adalet.az-a verilən məlumata görə, Quba rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, icarə əsasında işlətdiyi dərzi sexindən pul oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar rayon polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirib. Araşdırmalarla adı çəkilən ünvana pəncərədən qanunsuz daxil olunaraq oradan 200 manat pul oğurlanması müəyyən edilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 18 yaşlı şəhər sakini saxlanılıb. Araşdırmalarla onun Qalib Əlibəyov olduğu müəyyən edilib.

Q.Əlibəyovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adı çəkilən şəxs cari ilin avqust-oktyabr ayları ərzində rayon ərazisində yerləşən 5 müxtəlif mağazalardan ümumilikdə 1020 manat pul və bir fərdi evdən 400 manat pul və 800 manat dəyərində olan qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı Q.Əlibəyov törətdiyi cinayətləri etiraf edərək, mağazalara və evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşayaları oğurladığını bildirib.

Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.




İmza:
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK