adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Oktyabr 2018 16:53
5678
HADİSƏ
A- A+

Bakıda restorandakı yanğınla bağlı rəsmi məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamalda restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

Adalet.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Bakının Yasamal rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan restoranın mətbəxinin taxtadan ibarət tavanı 4 kv.m sahədə və havatəmizləyici qurğuda yağ qalıqları yanıb.


Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.