adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Oktyabr 2018 15:24
11716
DÜNYA
A- A+

ABŞ Kalaşnikov pulemyotları istehsal etmək istəyir?

ABŞ-ın Kalaşnikov pulemyotları istehsal etmək niyyəti Rusiya silahının etibarlılığını göstərir.

Trend-in məlumatına görə, bunu "Kalaşnikov" konserninin mətbuat xidmətindən bildirsələr də, məsələ ilə bağlı konkret plan barədə məlumatlı olmadıqlarını deyiblər:

"Məlumatımız yoxdur. Lakin təəccüblənmədik, çünki bu, bizim silahların etibarlılığını və keyfiyyətini bir daha təsdiq edir".

Bir müddət əvvəl "National Interest" nəşri yazmışdı ki, ABŞ-ın xüsusi əməliyyatlar üzrə komandanlığı modernləşdirilmiş Kalaşnikov və NSV "Utyos" iri çaplı pulemyotlarının texnologiyasını yaxşılaşdırmağı və onların oxşarını istehsal etməyi bacaran şirkətlərə qrantlar təklif edib.