Bizə yazıq qəhrəmanlar lazım deyil - Eminquey yazır

EMİNQUEY AKİF
44757 | 2018-10-11 10:20

İllərdirAzərbaycan filmləri də, ədəbiyyatı da, televiziyası da əksərən bir çevrə içindəvurnuxur. Bu çevrə də yazıq, kimsəsiz, çarəsiz insanlarla əhatələnib. Şeirlərdə,hekayələrdə, filmlərdə və verilişlərdə bu tip adamlar diqqət mərkəzinə çəkilir.Niyyət onların əlindən tutmaq, tək olmadıqlarını göstərmək olsa da seçdiklərimetodun nəticəsi və təsir qüvvəsi başqadır. Bu tip şeylər insanları həmişə birxilaskar gözləməyə səsləməsə də insanlar həmişə səs gələn tərəfə getmirlər axı.Televiziyada insanlara yardım edən, onların problemlərini cəmiyyət önündəqabardan, hətta şouya çevirən verilişlərimiz azdımı? O verilişlərə gedib mədətuman çox deyilmi?

Məsələn,mən dilənçiyə ağı havasında şeir yazmaqdansa onunla maraqlanmağı, fiziki məhdudiyyətlibirinə ağı deməkdənsə ona güclü olduğunu deməyin tərəfindəyəm. Ən azı bir təsəllivermək ki, həyat insanı həmişə ana dilində dindirmir.

Oinsanlara yazıq kimi davranmaq ən xırda vərdişlərdə belə özünü göstərir. Məsələn,xəstə, fiziki məhdudiyyətli birini görəndə qulağını çəkmək çox böyük mədəniyyətsizlikdir.İstər o adam görsün, istərsə də görməsin. Yaxud həmin adamlardan danışanda şikəst,əlil kimi ifadələrdən istifadə etmək də həmçinin.

Hal-hazırdaseriallarda ən azı belə bir fiziki məhdudiyyətli insan obrazı var və bunu çoxeybəcər şəkildə tamaşaçıya çatdırırlar. Ailəsi tərəfindən qəbul olunmadıqlarınıgöstərirlər. Fikrimcə belə olmaz. Necə ki, bu gün mətbuatda cinayət, zorlama vəintihar xəbərləri sürətlə yayılır və bu da cəmiyyətə başqa cür təsir edir,eynilə də bu.

Sondövrlər fiziki məhdudiyyətli insanlar haqqında video roliklər hazırlanır. Həminvideolarda onlar necə güclü olduqlarını, çətinliklərin öhdəsindən təkbaşına,iradə gücünə necə gəldiklərini danışırlar. Ən gözəli budur. Nəinki fiziki məhdudiyyətlibirini efirə çıxarıb pul dilənmək, onun ağrılarını, həyatını şouya çevirmək.

Bilirsiniz,bir vaxtlar "Samanyolu” kanalında illər qabaq bu cür "ibrətamiz” hekayələrdənibarət filmlər var idi. Yəni indiki dövr insanı üçün bu cür filmlər xarakterikdeyil. İndiki insana güclü olmağı bu cür aşılamaq lazım deyil. Konkret obrazlaryaradılmalıdır. O obrazlar ki, güclüdürlər, əzilmirlər. Ən adicə zarıltılımusiqilər belə insanların hissiyatlarını kütləşdirir. Müharibə şəraitindəyaşayan bir xalqa ruh yüksəkliyi lazımdır, güclü olduğunu bildirəcək qəhrəmanlarlazımdır.

Demirəmki, birdəfəlik bu cür şeylərdən imtina edək. Deyirəm ki, azaldılsın. Bu qısayazı mənim arzularımdır. Bizə yazıq qəhrəmanlar lazım deyil.

TƏQVİM / ARXİV