Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | "Mənim ən mədəniyyətsiz saydığım ailəsinin boşanma məsələsini televiziyaya çıxaranlardır" Adalet.az | "Mənim ən mədəniyyətsiz saydığım ailəsinin boşanma məsələsini televiziyaya çıxaranlardır" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

"Mənim ən mədəniyyətsiz saydığım ailəsinin boşanma məsələsini televiziyaya çıxaranlardır"

2914    |   2018-10-10 11:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Televiziyalarımızı hər dəfə bayağı, əttökən verilişlər yayımlamaqda ittiham edirik. Amma bəzən elə olur ki, buna səbəb elə biz özümüz oluruq. Yaxşı olar ki, günahı özümüzdə də görək.

Bölgələrimizdəki toy adətlərinin efirlərimizdə yayımlanmasını kəskin tənqid edən millət vəkili, yazıçı Aqil Abbas Moderator.az-a açıqlamasında bunun günahkarının elə özümüz olduğunu bildirdi:

"Belə toy adətlərinin televiziyada yayımlanmasına özümüz səbəbkarıq, burda kanalların heç bir günahı yoxdur. Televiziyalar reklamla işləyən təşkilatdır. Özəl televiziyalar var ki, dövlət tərəfindən maliyyələşmirlər və ona görə də onlar məcburdurlar ki, pul qazansınlar. Aldığım məlumata görə özəl televiziyaların bir çoxu işçilərinə əmək haqqı verə bilmir. Öz toylarını efirlərə çıxaranların ağılı ora qədər işləyir. Keçmişdə iki gün toy olurdu və orda da bir adam oxuyurdu. İndi bir toya iyirmi müğənni gətirib oxudursa, xərc çəkirsə, bu həmin adamların özünün səhvidir və onların toyuna da heç kim baxmır. Toyda yalnız hoppanıb düşürlər. Mən də belə şeylərin şahidi olanda əsəbiləşirəm. Televiziyanı çağırıb ki, oğlumun toyudu, onu-bunu öpür, kababın da tüstüsü ekrandan adamın üzünə vurur. Mənim ən çox səhv və mədəniyyətsiz saydığım ailəsinin boşanma məsələsini televiziyaya çıxaran adamlardı. Adam ailəsinin sirrini nə qonşusuna, nə də qardaşına demir. Biz indi hansı zəmanədə yaşayırıq ki, bunları on milyon insanın qarşısına çıxarırıq. Bəs bu türkçülük, millətçilik, Azərbaycan ailəsi, xalqı necə oldu?”.

A.Abbas belə verilişlərə çıxanların dövlət strukturlarını da hörmətdən saldıqlarını bildirdi:

"Televiziyalarımız artıq həm məhkəmədir, həm prokurorluqdu, həm də polisdir. İnsanlar getdikcə savadsızlaşıb cahilləşir. Cahilləşəndə də axırı belə olur. Ailə məsələsi ilə bağlı dövlətin müvafiq strukturları var, ora müraciət etmək lazımdır. Bunlar isə bu gün çıxıb televiziya kanallarında məhkəmə qururlar və deyirlər ki, televiziya işə qarışdığı üçün polis bu məsələni həll etdi. Adamdan soruşarlar ki, sən polisə müraciət etmişdinmi? Niyə polisi, prokurorluğu hörmətdən salırsınız?! Elə dövlət kanallarımız var ki, orda hüquqla bağlı ağıllı məsləhətlər verirlər, amma bunlara baxan yoxdur”.



İmza:

Azərbaycan və İran gömrükçüləri görüşüb

Türkiyə rəsmisi Bakıda birlik çağırışı etdi

Gələn il 800 şəhid ailəsi və müharibə əlilinə ev veriləcək

“Ölkəmizə ən müasir silah və texnikalar gətiriləcək” - Prezident

“Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir” - Çingiz Əsgərov

İlham Əliyev: Münaqişənin həlli üçün ən birinci amil hərbi gücümüzdür”

Anar Bağırov: “Girovların taleyi bizim üçün çox əhəmiyyətlidir”

Prezident hərbçilərə yeni mənzillərin verilməsi mərasimində

“Sovet konstitusiyasındakı hüquqlar boş vədlər idi” - Nazir müavini

Komitə sədri: “Sosial mediada əxlaqa zidd hərəkətlər təbliğ olunur”

Ərəblərin sayı azalıb, indi pakistanlılar Bakıya axışır

“Ordumuz böyük bir əraziyə nəzarəti ələ alıb” - Nazir müavini

SON XƏBƏRLƏR
2018-12-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK