adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Oktyabr 2018 11:38
60009
AVTOMABİL
A- A+

Ağsuda 15 km-lik avtomobil yolu yenidən qurulur

ğsu rayonunda Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci km-dən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 km-dir.

Layihəyə görə, yol boyu 10 ədəd avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 km göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 km uzunluğunda üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışı təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.