adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Oktyabr 2018 11:10
5149
GÜNDƏM
A- A+

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.