Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | “Onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər!” Adalet.az | “Onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər!” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər!”

3155    |   2018-10-10 09:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. 4,3 faiz artım müsbət haldır. Amma əminəm ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcəkdir. Doqquz ayda 5700 kənd təsərrüfatı texnikası alınıbdır. Texnika ilə təminat böyük dərəcədə yaxşılaşıb. Kənd Təsərrüfatı Nazirliyi indi çox ciddi islahatlar aparır”.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı bildirib.


Ölkə başçısı deyib ki, o, bu islahatları dəstəkləyir:

"Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik. Eyni zamanda, kənd təsərrüfatının ekstensiv inkişafı da nəzərdə tutulmalıdır. Biz bir çox meliorasiya layihələrimizi icra etmişik və icra edəcəyik. 192 min hektar sahədə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Onların 4-ü mənim iştirakımla açılıb. Verilən məlumata görə, ilin sonuna qədər açılan aqroparkların sayı 13-ə çatacaqdır.


İri fermer təsərrüfatlarında, taxılçılıqda nəticələr çox yaxşıdır. Təqribən hektardan orta hesabla 50 sentner məhsul götürülür. İri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji prosesi də biz bütün təsərrüfatlara yaymalıyıq. Belə olan halda, biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik. Bu il taxılçılıqda artım olub, 3 milyon ton taxıl tədarük edilibdir. Buğda yığımında məhsuldarlıq 30 sentnerə çatıb. Pis nəticə deyil. Amma hesab edirəm ki, daha da artmalıdır və artacaq”.


Pambıqçılıqdakı vəziyyətə toxunan Prezident deyib:

"Pambıqçılıqda gələn ilin proqramı ilə bağlı məruzə edildi. Biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Məhsuldarlıq artmalıdır. Keçən ilin məhsuldarlığı bizi heç cür qane edə bilməzdi. Bunun bir çox səbəbləri vardır və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, biz pambıqçılığı məhsuldarlıq hesabına inkişaf etdirək.


Eyni zamanda, əgər biz statistikaya baxsaq görərik ki, 2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük edilmişdir, - 2015-ci ili mən demirəm, o illərdə, ümumiyyətlə, məhsuldarlıq çox aşağı idi, - keçən il 207 min ton, yəni, 2 dəfədən çox. Bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur. Yəni, artım dinamikası çox müsbətdir. Onu da qeyd etməliyəm ki, hazırda ölkəmizdə pambıqçılıqda 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz pambığın alış qiymətini bir neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar. Bu gün 190 min insanın işi var.


İndi müasir texnologiyalar tətbiq edilir. Burada da elmi yanaşma tətbiq olunur. Əminəm ki, biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik. Məhsuldarlıq hektardan minimum 20 sentner olmalıdır. Ancaq indi biz bilirik ki, müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da artır. Mən rəqəm səsləndirmək istəmirəm, ancaq hesab edirəm ki, burada inkişaf üçün çox böyük potensial var”.


İlham Əliyev üzümçülüklə bağlı işlərin yaxşı getdiyini söyləyib:

"Bu il biz yeni üzüm bağlarının salınmasını müşahidə etmişik. Mənim iştirakımla ən yüksək beynəlxalq standartlara cavab verən yeni şərab zavodu fəaliyyətə başladı və bu zavodun çox böyük ixrac potensialı var. Biz üzümçülüyün, şərabçılığın şöhrətini bərpa edirik, qaytarırıq. Bu, fermerlər üçün çox gəlirli bir sahədir. Biz bu sahəni bərpa etməklə həm öz ixrac imkanlarımızı genişləndiririk, həm də kəndlilərə, fermerlərə gözəl şərait yaradırıq. Eyni zamanda, üzümçülük mənzərəni də gözəlləşdirir. Mən bu il Şamaxı rayonunda böyük üzüm bağları ilə tanış olarkən gördüm ki, bu bağlar, həmçinin şərab zavodunun açılışı bölgəyə tam yeni bir mədəniyyət gətirir.


Azərbaycanda üzümçülüyün çox böyük ənənələri vardır. Biz bu ənənələri bərpa edirik və eyni zamanda, bu gün dünyanın ən qabaqcıl texnologiyalarını cəlb edirik. Təsadüfi deyil ki, ixracımız artır. İndi Azərbaycan şərab evlərini açmağa başlayıb. Artıq bir neçə ölkədə şərab evləri fəaliyyətə başlayır. Bizim şərabımıza böyük maraq var. Biz şərabçılıqla bağlı olan bütün məsələləri çox ciddi təhlil etmişik. Bir çox boşluqlar var idi - həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında. Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm. Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil onlar qəsdən edilib qatmaqarışıq salınsın ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu. Məsələ çox ciddi araşdırılır. Bu sahədə tam şəffaflıq təmin edilməlidir. Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb, təki onlar təmiz işləsinlər. Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər.


Xüsusilə nəzərə alınmalıdır ki, dövlət öz dəstəyini göstərir. İxrac missiyalarını dövlət təşkil edir, şərab evlərinin yaradılmasını dövlət təmin edir, ixracla bağlı danışıqları dövlət aparır. Mən şəxsən bir neçə həmkarımla Azərbaycanın qeyri-neft ixracının artırılması ilə bağlı danışıqlar aparmışam və biz nəticəyə gəlmişik. Bütün bunları biz edirik, sahibkarlar da öz məsuliyyətini dərk etməlidirlər”.


İlham Əliyev zeytunçuluğun inkişaf etdirilməsinin zəruriliyindən danışıb:


"Mən regional inkişafla bağlı konfransların birində bəzi kənd təsərrüfatı məhsullarının istehsalını, istehlakını sadalayarkən özüm də o arayışı görəndə təəccüb etdim ki, biz xaricdən zeytun idxal edirik. O zeytun ki, bizdə, Abşeron yarımadasında hər tində bitə bilir. Ona görə, çox ciddi göstəriş verildi ki, yeni zeytun bağları salınsın, onların suvarılması təmin edilsin və Azərbaycanda zeytun yağı istehsalı təşkil olunsun. Bu günə qədər olan istehsal bizi qane edə bilməzdi. Mənim bu istiqamətdə göstərişlərim yerinə yetirilir və son bir neçə il ərzində yeni zeytun bağları salınıb. Yüzlərlə, bəlkə də minlərlə hektar sahələrdə yeni zeytun bağları salınır. Bizim istehsalımız artır, zeytun yağı istehsalı artır, ixrac etməyə başlamışıq. Özü də çox keyfiyyətli zeytun yağıdır. Hesab edirəm ki, biz zeytunçuluğun inkişafı, zeytun yağının ixracı ilə bağlı dünya miqyasında öz dəyərli yerimizi tuturuq”.


Prezident tütünçülüyüklə də bağlı iradlarını vurğulayıb:

"Mənim iradlarımı tütünçülüyə də aid etmək olar. Bu sahə də demək olar ki, batıb gedirdi. Heç bir dövlət dəstəyi göstərilmirdi. Ancaq biz bu məsələ ilə məşğul olmağa, qurutma kameralarının yaradılmasına, tütün istehsalının təşviqi üçün addımlar atmağa başlayanda dərhal gözəl nəticələri görürük. Biz tütün istehsal edə-edə xaricdən siqaret alırıq. Elə ölkələr var ki, orada tütün, ümumiyyətlə, bitmir, onlar bizə siqaret ixrac edirlər. Bu, absurddur, dözülməzdir. Sadəcə, ona görə ki, bu məsələ ilə məşğul olmurdular və bu sahəni başlı-başına buraxmışdılar. Bəlkə hesab edirdilər ki, belə də olmalıdır. Amma biz indi vəziyyəti tam dəyişdiririk. Azərbaycanda yeni siqaret fabrikləri yaradılır. Biz özümüzü siqaretlə böyük dərəcədə təmin edəcəyik, ixrac potensialı yaradılır. Tütünçülükdə vəziyyət necədir? Əgər 2015-ci ildə 3400 ton quru tütün istehsal olunubsa, bu il 6 min ton quru tütün istehsalı nəzərdə tutulur, təxminən iki dəfə çox. Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır. Bax, görülən işlərin nəticəsi budur”.


Prezident xatırladıb ki, tərəvəzçilik Azərbaycanın ənənəvi ixrac sektorudur:

"Ancaq biz burada da işlərimizi təkmilləşdirməliyik. Deməliyəm ki, Rusiyaya pomidor ixracında Azərbaycan birinci yerdədir. Biz çalışmalıyıq ki, bu birinciliyi saxlayaq. Onu da qeyd etməliyəm ki, Azərbaycanda bir çox istixanalar salınır. Son məlumata görə, təqribən 400 hektar sahədə yeni istixanalar salınır, onların da böyük əksəriyyəti pomidor istehsalına hesablanıb. Ona görə, baxmalıyıq ki, nə qədər əlavə bazar bizim istehsalımızı həzm edə bilər. Eyni zamanda, biz gərək pomidorun emalını təmin edək ki, məhsulumuz xaricə daha da böyük qiymətə satıla bilsin.


Meyvəçilik sahəsində də müsbət irəliləyiş var. Qeyd etməliyəm ki, bizdə xurma ixracı 2 dəfə artıb, narçılıq inkişaf edir. Mən fındıqçılıqla bağlı xüsusi müşavirə də keçirmişdim və nəticələr göz qabağındadır. 2016-cı ildə fındıq bağlarının sahəsi təqribən 30-35 min hektar idi. Bu gün yeni bağların salınması hesabına bu rəqəm 70 min hektara çatıb və qarşıya hədəf qoyulub ki, 2020-ci ildə 83 min hektara çatacaq. Bu, məşğulluqdur, gəlirdir, valyutadır. Bu, ölkəmizə bəlkə də yüz milyonlarla dollar gətirəcək. Ölkəmizə deyəndə, fermerlərə, onlar da onu xərcləyəcəklər, onlar da öz güzəranını yaxşılaşdıracaqlar, daha yaxşı yaşayacaqlar və bizim tədiyə balansımıza da bunun müsbət təsiri olacaq. Hazırda fındıqçılıqda 17 min insan işləyir, yaxşı gəlir götürür”.


İlham Əliyev baramaçılığın inkişafından da danışıb:


"Baramaçılıqda, ümumiyyətlə, vəziyyət, bəlkə ən acınacaqlı idi. Biz demək olar ki, bu sahəni tamamilə itirmişdik. 2015-ci ildə məlumat verildi ki, cəmi 236 kiloqram barama istehsal olunub və baramaçılar heç bilmirdilər ki, onu hara versinlər. Bütün bir zəncir sistemi yaratdıq - həm stimullaşdırma, həm maarifləndirmə, həm tinglərin gətirilməsi, indi Qaxda barama mərkəzinin yaradılması. Bütün bu işlər gözəl nəticə verir və bu il 500 tondan çox barama tədarük edilib. Əgər keçən il 10 min insan bu işlərə cəlb olunubsa, 2016-cı ildə 3 min, bu il 22 min insan. Beləliklə, bu insanlar 30-40 günə o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanır və Şəki ipək kombinatı da daha böyük həcmlə işləyir. Orada da yüzlərlə iş yeri yaradılıb. Əlbəttə ki, biz Şəki ipək kombinatının modernləşdirilməsi ilə məşğuluq. Həm iş yerlərinin artırılması, həm ixrac imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılacaq.


Mən kənd təsərrüfatı ilə bağlı yekun olaraq demək istəyirəm ki, ilk növbədə, biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik.


Bu sahədə kiçik sahibkarlıq da öz rolunu oynayır və oynayacaq. İndi "ABAD” - "Ailə Biznesinə Asan Dəstək” mərkəzləri yaradılır. Mən bunu alqışlayıram. Bu, daha da geniş vüsət almalıdır. Müşavirələrin birində mən özəl sektora müraciət etmişdim. Demişdim ki, onlar da bu təşəbbüsü dəstəkləsinlər və özəl şirkətlər "ABAD” mərkəzləri ilə müqavilələr bağlayıb sponsorluq edirlər. Bir neçə milyon manat dəyərində sponsorluq ki, fermerə, ailə təsərrüfatlarına dəstək olsunlar.

Əlbəttə ki, kənd təsərrüfatının inkişafı, o cümlədən özünüməşğulluq sisteminin tətbiqi ilə də bağlı olacaq. Bu sistem əlbəttə ki, təkcə kənd təsərrüfatı sahəsini əhatə etməyəcək. Burada da hər il 6 min, 7 min iş yeri yaradılmalıdır. Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar”.(modern.az)





İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK