adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Oktyabr 2018 21:47
7500
GÜNDƏM
A- A+

DOKTOR CAVAD HEYƏTLƏ BEŞ MÜNASİBƏTİM

(3 görüş, 2 təsadüf)
Qəşəm
İsabəyli

-Bu vaxtacan bir kimsəyə xəyanətim olmayıb. Bir kimsəyə də haqq verməmişəm ki, dar ayaqda qoyduğumu dilinə gətirməyə cəsarət eləsin - tək birindən başqa. Yeganə ürək qızdırdığım, yada-yaxına de-yə bilmədiyim dərdimi-sərimi üzünə çıxartdığım 20 ilin dostu bir dəfə məni ölüm-dirim sınağına çəkdi. Elə həmin günü də "Səninki səndə, mənimki məndə!" dedim...
40 ilin sözüdü - bir xəstənin necə deyərlər, sinəsini yarıb, ürəyi-nin üstünə çökmüşdüm - əməliyyat aparırdım. Damara tikiş qoyduğum yerdə birdən əllərimi əsməcə tutdu - iynənin ucu maqnit sahəsinə düş-müş kimi titrəyirdi. Bərk həyəcana düşdüm - soyuq tər götürdü getdi məni. Zarafat deyildi, həyatla ölüm arasında yarım saatlıq möhləti qalan insan, iynənin ucunda çırpınana yaralı ürək, yarpaq kimi lərzəyə gələn əllər.... bir də bütün bu işlərə cavabdeh - mən. Təsəvvür eləyin də.
Fikrən gözlərim göyə dikildi - Allah nəzərini çevirdi üzümə. Əməliyyatı başa vurub, əllərimi yuyub, xalatımı soyunub, paltarımı geydim. Otağın küncünə qoyulmuş zibil qabının başına gəldim - qapa-ğını qaldırıb, yan cibimdən çıxartdığım siqaret qutusunu tikə-parça elə-yib çırpdım murdarlığa. Ölüm hökmündən qurtulmuş kimi dərindən nəfəs alıb, otaqdan çıxdım.
İndi 20 ilin "dostunu" harda görsəm, tanımırmış kimi üzünə ol-duqca laqeyd baxıb, keçə bilirəm...
Bu söhbəti mənə Şərqdə ürək üzərində ilk əməliyyat aparmaq şərəfinə çatmış cərrah, Bakıda daha çox bir ədəbi sima kimi məşhur Doktor Cavad Heyət eləmişdi.
Niyə İranda "cərrah", niyə Bakıda "ədəbi sima"?
Sözün atı yüyrək olar. Cavad Heyət bizim Şimali Azərbaycan mətbuatına cərrah bıçağıyla yox, "Varlıq" jurnalıyla gəldi. Fafsdilli qəzet-jurnal tünlüyündə türk ocağı kimi közərməyə başlayan "Varlıq" o taylı - bu taylı iki parça olmuş bir xalqın nigaran ruhuna su səpdi san-ki. Böyük Şəhriyarın bu anlarda Cənubdan ucalan səsi də gəlib çatdı qulaqlarımıza:

"Hərçəndi qutulmaq hələ yox darlığımızdan,
Amma bir azadlıq doğulub varlığımızdan.
"Varlıq" nə bizim təkcə azadlıq quşumuzdur,
Bir müjdə də vermiş bizə həmkarlığımızdan.
Dil açmada karlıq da gedər, korluğumuz da,
Çün varlığımız doğmuş idi karlığımızdan.".

***
Xalq şairi Məmməd Arazın:

"Elə bil sənətkar hər şeydən əvvəl
Ürək ağrısına abunəçidir!"

beytindəki "sənətkar" sözünü üstümə götürməyə cəsarət eləməsəm də, köksümün altındakı quzunun sağlamlıq parametrlərinin "ürək ağrısına abunəçidir" iddiasına tam uyğun gəldiyini yəqin bildiyimdən Doktor Cavad Heyətin Bakıda fəaliyyətə başladığı xəbərini eşidəndə bərk se-vindim. Necə deyərlər, canımı götürüb üstnə qaçmışdım...

***
Doktor Cavad Heyətlə beş münasibətim olub - üçü ürək görüşü, biri toy, biri də kitab. İlk dəfə tək getmişdim, ilk dəfəydi ki, Doktor Cavad Heyəti yaxından görüb, üz-üzə otururduq. İkinci səfər qızımı aparmışdım, üçüncü görüşümə səbəb də qudam olmuşdu. Dördüncü dəfə təsadüfən, yazıçı Azad Qaradərəlinin qızının toyunda görüşdük. Tanış olduğumuza görə Azad bəy bizi bir yerə salmışdı. Yerimiz yan-yana düşdü. Deyə bilərsiniz Azad bəy bəlkə tanışlığından istifadə edib Cavad ağanı toya çağırıbmış. Düzdü, burda tanışlıq rol oynasa da, sə-bəb başqa idi - Azad Qaradərəli qızını Cənubi Azərbaycan türkünə ve-rirdi, Cavad Heyyət də bir cənublu kimi bu toyun xeyir-dua verənlərin-dən olmalıydı. Toydan bir dənə də yadigarımız qaldı - kimin təşəbbü-südü, deyə bilmərəm, Cavad Heyət, Qulamrza Təbrizi, Azad Qaradə-rəli və mən birgə şəkil çəkdirdik.
Uzun yaşamağın sirrlərindən agah olmaq istəyən bir nəfər kimi, ömrü uzun olsun az yaşı yoxdu, Cavad ağanın yeməyinə-içməyinə də göz qoyurdum. Hamı, necə deyərlər, az qala yarı-qarın olandan sonra Cavad ağa cibindən bir cüt həb çıxartdı, heç balaca da deyildi, atandan sonra əlini süfrəyə uzatdı. Ha qızırğandım soruşam, ağa, bunlar nə həb-di, qorxdum ki, deyə, hələ sənin bunları atmaq vaxtına çox qalıb. Din-mədim.
Ona da baxdım ki, Cavad ağa sonalayıb-eləmədən süfrədəki ne-mətlərdən iştahla yeyirdi. Amma bir həkim kimi yedi, qədərindən bir az da əskik yedi, deyərdim. Hə-ə... Cavad ağanın timsalında özüm üçün az qala minbirinci dəfə bir cənublu şairin sözüylə demiş olsaq:

Oğul, çox tıxma, keç bu bəd sifətdən,
Özün ac saxla, ta dol mərifətdən! -
dərs götürdüm

Toy görüşümüz Doktoru maşınımla evinə qədər gətirməklə bitdi. Xudahafizləşib, ayrıldıq.
Bir də, yəqin ki, 2-3 ildən sonra, ötən il Bakı Beynəlxalq Kitab Sərgisində, bizim stendin yanından keçərkən qabağına yeriyib görüş-məyim oldu:
-Salam-əleyküm, Cavad ağa, necəsiniz?!
-Əleyküm-salam, çox sağ olun, yaxşıyam!
Bu görüşlərin yalnız biri - o da təkbətək Cavad ağadan ötrü deyə bilmərəm, mənim üçün faydalı olub.
Bilirdim ki, Doktorun Bakıda da evi var, hətta  "Yeni Müsavat" qəzetində tez-tez xəstələri qəbul üçün elanları da çıxırdı. Bir gün də mən onun qəbuluna getmək istədim. Öz həkimlərimizə xahişim gedib, özümü tapşırtmaq qərarına gəldim ki, mənə yaxşı baxsın. Yazıçı Azad Qaradərəlinin Cavad ağayala münasibəti olduğunu bilirdim, odur ki, dedim, Azad bəy, məni Cavad ağaya tapşır. O da az qala yarım saat sonra mənə xoş xəbər verdi:
-Cavad ağa deyir, şənbə günü heç kimi qəbul etmirəm, sənin xətrinə gəlsin.
Özü qarşıladı məni - on ilin tanışı kimi üzümə təbəssümlə baxdı. Fikirləşdim ki, yəqin, Azad bəy mənim də yazıçı olduğumu deyib, odur ki, Doktor məhrəm baxır mənə. Sonra ağlıma gəldi ki, belə gülüm-səmələr xaricidə adət halına düşüb. Narazılığı, nigarançılığı, əsəbiliyi, kini, qəzəbi və s. gizlətmək üçün siyasətçi gülümsünür, həkim gülüm-sünür, alim gülümsünür... Hətta yaponlar bir az da irəli gedib, güləş olmayanlara şöbə müdirliyini belə həvalə eləmirlər. Bir sözlə gülüş, orda, inkişaf eləmiş xarici ölkələrdə şair Səməd Mənsur demişkən "rəngdi". Sovetdə gülmək zamanı gülmək, ağlamaq zamanı ağlamaq dəbdə olduğundan indi xaricilərin üzümüzə gülməsini özümüzə qarşı böyük bir lütf bilirik. Bu psixologiyanı yaxşı bilən burjuylar, əlbəttə xarici canavarları deyirəm, üzümüzə gülə-gülə neftimizi əlimizdən alıb, qazımızı əlimizdən alıb, qızılımızı əlimizdən alıb... ən başlıcası isə az qala özümüzə sahib çıxıb...
Bir azdan Doktorun həqiqi səmimiyyəti məni aldı apardı. Yolda qabağıma şərt qoymuşdum ki, gərək özümü göstərim, qoy Cavad bəy elə bilməsin, ayağı yalınam...
Bu ara bir qadın zəng elədi.
-Xanım, nə vaxtı istəyirsinizsə gəlin. - Cavad aga dilləndi. -Dərman lazımdı? Necə? Pulunuz? Gəlin, dərman pulunu mən verərəm.
-Cavad ağa, 20 yanvar şəhidlərinin qəzetdə ölüm səhnəsini əks etdirən fotoları verilmişdi, Mehmet Akifin də Azərbaycan türkcəsinə uyğunlaşdırılmış "Çanaqqala şəhidləri" şeiri. Şeir belə başlayırdı:

Yaralanmış təmiz alnından, uzanmış, o yatır,
Bir hilal ömrünə, ya rəb, nə günəşlərdi batır!..

Amma siz televizorda çıxış edərkən fərqli başladınız:

Vurulub təp-təmiz alnından, uzanmış o, yatır,
Bir hilal ömrünə, ya rəb, nə günəşlərdi batır!

Mən biləni sizin dediyiniz daha dəqiqdi. Birincisi əgər söhbət şə-hiddən gedirsə, burda "yaralanmış" sağ mənasını verir, amma "vuru-lub" artıq ölmək deməkdi.
-Siz məni tərpətdiniz! - deyə Cavad ağa şeiri başdan ayağacan əzbər dedi.
Bu şeir birdən bizi yüz ilin doğması elədi. Ürəyimə qulaq asdı, dərman yazdı, məsləhət verdi. Pis vərdişlər barədə danışdı.
İçki içməkdə, siqaret çəkməkdə əlim gətirmədiyindən Cavad ağanın bu söhbəti məndən ötrü o qədər maraqlı deyildi. Mənə Şəhriyar lazım idi...
-"Varlıq" jurnalını nəşrə başlayanda Şəhriyarı da gətirmişdim yanıma ki, mənə kömək eləsin. Bir evdə - mənim evimdə yaşayırdıq. Bir gün 2 nəfər gəldi bizə. Bir az söhbətdən sonra üz tutdular Şəhriyara:
-Ustad, bizi Şahbanu (yəni, Şahbanu - Şahın arvadı Fərəh xanım - Q.İ.) göndərib sizin yanınıza, deyir, Şəhriyarın Cavad ağagildə qalması bir az narahatçılıq olar, izn versin bir mülk tikdirim, gedib orda yaşasın.
Şəhriyar dedi:
-Mənim Cavad ağagildə olmağımın nə ona, nə də mənə elə bir isti-soyuğu yoxdu, Şahbanuya təşəkkürümü çatdırın! Amma bir xahişi-mi deyin ki, mənim bir türkcə divanım var, onu nəşr etdirsin.
Elçilər əlləri ətəklərindən uzun getdi.
-Cavad ağa, bəs türkcə divan necə oldu!?
-Şahın anası da türk idi, Bakılı general Teymurov vardı, onun qızıydı, yazıq arvad gileylənirdi ki, oğlum (yəni Rza şah - Q.İ) mənim türkcə şeirlərimi çap etdirmir.
-Şəhriyar yəqin ki, bunu bilirmiş!?
-Əlbəttə bilirdi. Bilirdi ki, Şahbanu istəsə də onun türkcə divanı-nı nəşr etdirə bilməz. Bu, Rza şah Pəhləvi siyasətinə zidd idi. Bunu bildiyinə görə də böyük ustad öz ana dilinin təəssübünü qabağa vermiş-di.
Fikirləşdim, hansısa Avropa yazıçısının ölkə prezidentinin ona kəsdiyi təqaüddən imtina elədiyini az qala özümüzə dərs kimi nümunə göstəririk. Amma böyük Şəhriyarın həmin təqaüdlərdən 100 qat böyük olan mülkdən imtinasını heç yada da salmırıq. Bir də görəsən hansı ya-zıçımıza, rəssamımıza, bəstəkarımıza, elm adamımıza belə bir təklif ol-saydı, ondan üz döndərə bilərdi!? Ha çalışdım, gördüm, bu, cavabı açıl-mayan tapmacadı.
Şəhriyar təəssübünü fikirləşdiyim yerdə yadıma vaxtı ilə Mədə-niyyət Nazirinin müavini işləmiş, rəssam Zülfüqar Fərzəliyevin şəxsən mənə elədiyi bir söhbət düşdü:
- Vyanadaydıqmı, hardaydıqsa, yaxşı yadımda qalmayıb, Sovet mədəniyyət xadimlərini, o cümlədən də Müslüm Maqomayevi SSRİ-nin həmin ölkədəki səfiri qəbul etmişdi. Tərs kimi səfir də erməniydi. Birdən elə bil hamını unudub Müslüm Maqomayevi gördü:
-Müslüm, məni çoxdan bir sual maraqlandırır; biri sənə azərbay-canlı deyir, biri çeçen deyir, biri qumıq... Özün de, görək, sən bunların hansındansan!?
Müslümin heç tükü də tərpənmədi. Gülümsünə-gülümsünə nə desə yaxşıdı:
-Yoldaş səfir, qoy onların üçü də güləşsin, hansı yıxsa, mən on-danam!