Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | QARTALI SEVMƏK Adalet.az | QARTALI SEVMƏK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARTALI SEVMƏK

2077    |   2018-10-09 21:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təbiətşünas alim Qara Mustafayevin xatirəsinə

Müəllifdən: Uzun bir ömür sürən məşhur alimin vəfatı, həqiqətən təbiətşünaslıq elmi və vətənsevərlik yaddaşımız üçün ağır itkidir. Vətənin hər bucağını qarış-qarış gəzib vəsf edən Qara Mustafayev təbiətə vurğunluğun və uşaq təbəssümü qədər saf olan səmimiliyin örnəyi idi. Böyük alim və böyük insan yaddaşlarda elə belə də yaşayacaq, Azərbaycanın flora və faunasının sevilib qorunmasında, təbliğində həmişə... hər yerdə olacaq!
Mən bu yazını dörd il bundan əvvəl, Qara Mustafayevin sağlığında qələmə almışdım.

***
Respublikamızda nəşr edilən 15-18 qəzeti əsl jurnalistika baxımından dəyərləndirməklə yanaşı, yerdə qalan yüzlərlə nəşrin nə gündə olduğu barədə zaman-zaman bir xeyli söhbət açmışıq. Təəssüflər olsun ki, heç nə dəyişməyib, hərə öz işindədir. İctimai-siyasi və mədəni həyatımızın oxuculara mətbu təqdiminin yükü, yenə də həmin azsaylı müstəqil, iqtidar və tənqidçi mətbuatın üzərinə düşür. Əslində Azərbaycan boyda ölkəyə də indiki halda uzaqdaşı 20-yə yaxın normal qəzet lazımdır və çoxluğun da pislə sinonimləşməsi göz önündədir. Bu mənada ki, normal təqdimat, xəbərçilik və tənqid olan yerdə cəmiyyət nəyə görə mənasız maklaturaların basqısı altında olmalı, eyni zamanda böhtan, şantaj, təhqir və sırf reketçiliklə mübarizəyə vaxt ayırmalıdır? Nə yaxşı ki, paparatsilik Azərbaycan məkanına öz dəmdəstgahı ilə hələ daxil olmayıb. Prinsip etibarı ilə bu heç mümkün də deyil. Çünki paparatsi ən güclü jurnalistika ilə cəsurluğun və xəfiyyəçiliyin sintezidir, əlahiddə məsələdir. Bizdəki "sırtıq uşaqların" xörəyi başqa cür bişir.
... Televiziyaları ki, ram etmək mümkündür. Artıq adi vətəndaşdan tutmuş dövlət məmurlarına kimi şit verilişlərdən, saatlarla efiri zəbt edən şoulardan, yalançı qəhrəmanlıqlardan, yalançı qəhqəhələrdən və yalançı göz yaşlarından beziblər. Səkkiz-doqquz telekanalı normal vəziyyətə və normal zövqə kökləmək doğrudanmı mümkün deyil? Şəxsi mövqelərinə görə bəzilərinin irad tutub tənqid etdikləri Az.TV və İTV nümunələri də var axı! Bu kanallarda telejurnalistikanın ənənələrini qorumaqla yanaşı, inkişafına da xüsusi qayğı və diqqət göstərilir. Bugünkü Azərbaycan tamaşaçısını tam qane etməsə də, hər halda yormur, əsəbiləşdirmir, utandırmır...
Mən vətənpərvərlik kimi müqəddəs duyğunu şouya çevirən bir çox özəl telekanalların bu tip verilişlərindən jurnalist olaraq xəcalət çəkirəm. Daha başqa absurdları sadalamıram.
...Bu yaxınlarda İctimai Televiziyada tanış bir səs diqqətimi çəkdi və əlimdəki işi yarımçıq qoymalı oldum. Bu səs hələ uşaqlıq dövrümüzdən Azərbaycan təbitəini bizə sevdirən, onu necə sevməyi öyrədən gözəl alimimiz və uzun illər televiziya ekranlarında "yaşayan" görkəmli şəxsin - məşhur Qara Mustafayevin səsi idi. Onun elə cavanlığından öyrəşdiyimiz qəribə tembrli "çətin səsi" yüz şou əhlindən qiymətli və şirindir, vallah! Nə yaxşı ki, veriliş təzə başlamışdı. Yaşı çoxdan 80-ni arxada qoymuş bu gözəl insanın digər bir mütəxəssislə Boz dağı gəzib onun özəlliyini və gözəlliyini tamaşaçılara təqdim etməsi necə də maraqlı idi. Həm yaxın-uzaq görüntülərlə, həm də zəngin bilik və məlumatlarla. 
Bu yaşda, bu məqamda Qara müəllimi dağlara-daşlara salan, dərələrdən keçirən, təpələrə qaldıran, gur sulu çaylardan addadan, təbiətə qovuşduran hansı səbəbdir, hansı hisslərdir, görəsən? Məgər bu sualın cavabını hər birimiz öz varlığımızda eləcə yaşatmırıqmı? Dünyada Vətən sevgisindən üstün, ali bir hiss varmı? Qara müəllim də bizlərə məhz vətən sevgisini xatırladır həmişə. Onun hərəkətində, danışığında heç bir şüarçılıq, ritorika yoxdur. Qara müəllim bir çoxlarının laqeydliklə ötürüb yan keçdiyi Boz dağı sevə-sevə gəzib, onun ilk baxışda cansıxıcı görünən sükutunu "kəşf etdiyi" adi kolluqlarla, çəmənliklərlə, uzaqlardan eşidilən su şırıltıları və təkəmseyrək kəklik uçuşları ilə "pozub" nə edirdi?
... Vətən dərsi keçirdi, Vətəni sevməyin alatoran yollarını da işıqlandırırdı. Anladırdı ki, Vətən torpağının ot bitməyən boz bir qaya parçası da, səssiz dərələrin bir kəpənək uçuşu da, barsız-bəhrəsiz kol dibi də nə qədər əziz və müqəddəsdir...
Qara müəllim, bu ixtiyar insan sükutdan qulaq tutulan düzəngahda sanki torpağın, ana torpağın nəfəsini eşidirmiş kimi uşaq sevinci ilə bu yerlərin Vətən olduğundan, hamımızın müqəddəs evi olduğundan danışırdı.
Qara müəllim Kür boyunca, Türyançay boyunca indi əfsanəyə dönmüş Tüqay meşələrindən danışırdı. Ancaq bu səsdə daha kədər hiss olunmurdu. Əksinə nikbinlik, ana təbiətin böyüklüyü, sığalı yaşayırdı. Qara müəllimin "Vətən sevgisi dərsləri" xoş proqnozlar verirdi: məşhur, əfsanəvi Tuqay meşələri ildən-ilə bərpa olur, böyüyür, özünə dönür...
Qara müəllimin təbiətsevrəlik missiyası gerçəkdən unikal vətənsevərlik dərsləridir. Ətəklərindən tutmuş zirvələrinə qədər əzəmət və gözəllik dastanı olan uca dağlarımızı sevməyə, vəsf etməyə nə var ki! Ucsuz-bucaqsız çöllərin, düzəngahların, boz dağların da sənə məxsus olduğuna sevinməlisən, onu sevməyi bacarmalısan. Bu düzlərdə, bu dağlarda da nəsə bir gözəllik, doğmalıq, əbədilik görməyi, duymağı bacarmalısan...
Qara müəllimin göründüyü telekadrlar, gəzib dolaşdığı, söhbət açdığı Vətən torpağı bir verilişinmi, bir filminmi xidməti, hədiyyəsidir, ya nə? Televiziya kanallarımız qoy bir az da bu istiqamətə yönəlsinlər. Bizdə Vətən sevgisi, əsl vətəndaş mövqeyi, dürüstlük və halallıq kimi mövzular üçün ənənə-istiqamətlər çoxdur, yetərincədir. Sadəcə əyləncələr labirintindən çıxıb bu yaralı vətənimiz üçün layiqli övladlar yetişdirmək lazımdır.

P.S. Biz həmişə fəxrlə bildiririk ki, Azərbaycanımız dünya xəritəsində qanad açmış qartala bənzəyir. Əlbəttə ki, belədir. Ancaq çoxları bu qartalın yaralı qanadını məlhəmləmək əvəzinə, diqqəti bu acıya yönəltmək əvəzinə...
Eh, Qoderzi Çoxeli, sən cavan yaşında bu dünyadan köçüncə öz "yaralı qartalından" yazmağa macal tapdın. Həm də necə dahiyanə...



YAZARIN ARXİVİ

2018-12-11 : GÜNÜN SÖZÜ
2018-12-10 : ANA KİTAB!..
2018-12-10 : Həyat etüdləri
2018-12-08 : DOST SÖZÜ
2018-12-08 : KƏMALƏ
2018-12-06 : "Foto və Söz"
2018-12-06 : UNUDULMAYAN GÜN
2018-12-04 : Daha olmayacaq
2018-12-04 : Ramin Fərəhli
2018-12-01 : Corc Buş öldü
2018-12-01 : QAZMA MAĞARASI
2018-12-01 : NUR PAYI...
2018-12-01 : Ramiz Rövşən
2018-12-01 : Filoloji esselər
2018-11-29 : NUR PAYI...
2018-11-28 : Sirli Örənqala
2018-11-28 : Mahir Naziroğlu
2018-11-28 : EL SƏNƏTKARIMIZ
2018-11-28 : Sirli Örənqala
SON XƏBƏRLƏR
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (78.95%)
"Neftçi" (21.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK