adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Oktyabr 2018 19:00
6693
MƏMLƏKƏT
A- A+

Dini Komitə işçi axtarır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vakansiyalar üzrə daxili müsahibə elan edib.

Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, müsahibə aşağıdakı vakansiyalar üzrə keçiriləcək:

Dini qurumlarla iş üzrə şöbə, şöbə müdiri;

Dini qurumlarla iş üzrə şöbə, Dini təhsil sektoru, sektor müdiri.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizə;

əmək kitabçasının surəti;

ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şahədətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidən hazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə);

kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);