adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Oktyabr 2018 19:33
11655
DÜNYA
A- A+

Türkiyə XİN-dən Qaşıqçı ilə bağlı açıqlama

İtkin düşən səudiyyəli müxalif yazar Camal Qaşıqçı ilə bağlı vəziyyətə məhkəmə, polis və kəşfiyyat orqanları nəzarət edir.

Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanının razılığı ilə konsulluq binasında axtarış aparılacaq.

Qeyd edək ki, İstanbulda yoxa çıxan səudiyyəli müxalif yazar həm də "Vaşinqton Post”un müxbiridir.