adalet.az header logo
  • Bakı 18°C
09 Oktyabr 2018 19:11
12779
DÜNYA
A- A+

Çin bu sahədə liderliyini davam etdirir

Çində 2017-ci ildə sürətli poçt daşımalarının ümumi dəyəri əvvəlki illə müqayisədə 32 faiz artaraq 976,4 milyard yuana (141 milyard ABŞ dolları) çatıb.

Azərtacverir ki, bununla Çinin dünyada sürətli poçt daşımalarındakı ardıcıl olaraq 4 illik liderliyi davam edir.

Ötən il Çində, ümumilikdə 40,1 milyard poçt daşınıb. Bu, dünya üzrə ümumi göstəricinin 45 faizinə bərabərdir.

Qeyd edək ki, son illər Çində internet üzərindən pərakəndə ticarətin genişlənməsi sürətli poçt daşımaları biznesinin də çiçəklənməsinə səbəb olub. Təkcə bir fakta nəzər salmaqla Çində internet ticarətin və sürətli poçt daşımlarının həcmini təsəvvür etmək mümkündür. Belə ki, ötən il noyabrın 11-də "Yalnızlar günü” ilə əlaqədar endirim kampaniyası zamanı "Alibaba” şirkətinin "online” platformalarından 25,4 milyard, "JD.com” saytından isə 19,1 milyard dollarlıq satış həyata keçirilib.