adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Oktyabr 2018 18:40
8640
MƏMLƏKƏT
A- A+

Binəqədi İcra Hakimiyyətində yeni təyinat olub

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yeni müdir təyin edib.

Bu barədə İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə Sabir Əliyev təyin olunub. O, artıq kollektivə təqdim olunub iş başındadır.

Həmçinin o da bildirilib ki, İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə və İctimai-siyasi və humanitar məsələlər şöbəsinə iki əməkdaş işə götürülüb.

Qeyd edək ki, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İbad İbrahimov bir nüçə gün öncə vəzifəsindən azad edilərək, onun yerinə İntiqam Cümşüdov təyin olunmuşdu.