adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Oktyabr 2018 16:36
6411
GÜNDƏM
A- A+

Cinayət Məcəlləsinə daha bir dəyişiklik edilir

Azərbaycanda radioaktiv materiallarla qanunsuz davranmaya görə nəzərdə tutulan cəzalara əlavələr edilib.

Adalet.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 226-cı (Radioaktiv materiallarla qanunsuz davranma) madəsinə əlavə edilən 226.3-cü bəndə əsasən, fiziki və ya hüquqi şəxsi, dövlət qurumlarını və ya beynəlxalq təşkilatları hər hansı hərəkətin edilməsinə məcbur etmək və ya hər hansı hərəkətin edilməsindən çəkindirmək məqsədilə radioaktib materialları talamaqla hədələməyə görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Radioaktiv materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələməyə görə isə 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsi planlaşdırılır.