ANA SƏHİFƏ / MARAQLI

Günəşə görə binanı partladan Çe Gevara

4469    |   2018-10-10 18:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ernesto Çe Gevara... Bu əfsanə ad, bəlkə də "inqilab”, "mübarizə”, "üsyan”, "sosilaizm” sözləri deyiləndə bir çoxlarının ağlına gələn ilk adam. Bu gün ölümündən 51 il keçir. Adalet.az Çe Gevara haqqında bilinməyən faktları təqdim edir.




- Çe Gevaranın gərçək adı əslində Ernesto Gevara De La Serna Linçdi.


- Kuba uğrunda döyüşən Çe, əslində İrlandiya əslli Argentinalı bir ailənin oğludur. Hətta Çenin atası oğlu üçün "damarları İrlandiyalı üsyankarların qanı ilə dolu olduğu unudulmamalıdır” demişdir.


- Gənclikdə Ernestonun ləqəbi "Chancho” (donuz) idi, o, yuyunmağı sevmir və eyni bir köynəkdə də həftələrlə gəzə bilərdi. Bu davranış tərzi, onu bütün sonrakı həyatında da tərk etmir, amma sonralar çətin ki, kimsə onu qorxusundan donuz adlandıra bilərdi, Çe göz qırpımında onun həyatına son qoyardı.


- Çe Gevara 1953-cü ilin iyun ayında tibb sahəsi üzrə öz elmi işini başa vurur və doktor Ernesto Gevara adına layiq görülür. Onun elmi işinin mövzusu cüzam xəstəliyinin müalicəsi idi.


- Gənclikdə Çe olduqca özünəməxsus, fərqli bir uşaq idi – o, şahmatı sevir və yerli şahmat turnirlərində iştirak edirdi. O, poeziyanı xoşlayır və böyük miqdarlarda poetik əsərləri mütaliə edirdi. Məktəbdə onun sevimli fənləri riyaziyyat və texnika idi.


- Kuba İnqilabından sonra Boliyiya və Konqoda da inqilab yaratmaq üçün savaşdı.


- Çe, Fidel Kastro və Ernest Heminquey bir yerdə balıq ovuna çıxarlardı.

- Nyu-Yorkdakı Birləşmiş Millətlərdə 1964-cü il nitqi ABŞ-da irq ayrı seçkiliyi ilə bağlı olmuşdu.

- Çe Gevara 1955-cili mayında hələ Mexikoda olarkən onun həyatını həmişəlik dəyişdirəsi adamla – Fidel Kastro ilə tanış olur.


- Birləşmiş Ştatları bəşəriyyətin ən böyük düşməni adlandıraraq bu ölkəyə qarşı özünəməxsus şəkildə müharibə elan edir.


- Çe səyahət dəlisi idi. Gəzdiyi ölkələr arasında: Misir, Mərakəş, Burma, Tayland, Sudan, Şri-Lanka, Pakistan, Hindistan, İndoneziya, Yaponiya, Hon-Konq, Çin, Yuqoslaviya, Çexslovakiya, SSR, Şimali Koreya, Qərbi Almaniya, Macarıstan, Fransa, Tanzaniya, Əl Cəzair, Qana, Mali, Konqo və bütün Amerika qitəsində olmuşdur.


- Amerika qitəsini motosikletlə başdan sona qədər gəzdi. Bu səyahətlər sırasında tutduğu qeydlər, "Motosiklet Günlükləri” adıyla kitablaşdı.


- Çe Gevaranın son sözlərinin belə olduğu iddia edilməkdədir:

"Bilirəm ki, məni öldürməyə gəlmisən. Atəş aç, qorxaq! Sən kişini öldürəcəksən!”.


- Çenin yaddaqalan sözləri olub ki, bu gün də o sözlər xatırlanır:

"Dizlərim üstə yaşamaqdansa, ayaqlarım üstə ölməyi seçərəm.”

"Ən önəmlisi dünyanın harasında olursa olsun istənilən haqsızlığı özünüzə qarşı edilmiş haqsızlıq kimi qəbul etmətinizi qorumağı bacarmaqdır. Bu bir inqilabçının ən önəmli özəlliyidir.


- Çenin məhkəməsindən:
Hakim: El Salvadorda nə edirdin?
Çe: Günəşdə qaralırdım.
Hakim: Yaxşı, bəs binanı niyə partlatdın?
Çe: Günəşimin qarşısını kəsirdi.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK