adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Oktyabr 2018 14:31
22060
TEXNOLOGİYA
A- A+

3 MİLYARD RUBL XƏRCLƏNƏN LAYİHƏ DAYANDIRILDI

«Vedomosti»nin Rusiya müdafiə sənayesindəki mənbələrinə əsasən yaydığı məlumatlara görə, 3 milyard rubl vəsait xərclənən HALE (uzunmüddətli və çox yüksəklikdə uça bilən) sinfinə aid pilotsuz təyyarələrin hazırlanması layihəsinin davamına xitam verilib. Bildirilir ki, bu məqsədlə hazırlanan 3 dronun, hətta sınaq məqsədilə uçuş mərhələsinə də icazə verilməyib.

Hərbi idarədən layihə ilə bağlı bildiriblər ki, aparılan işlər Ural Mülki Aviasiya Zavoduna veriləcək ki, hazırda burada İsrailin «Forpost» versiyasına uyğun hazırlanan pilotsuz təyyarələrin istehsalında istifadə olunsun.

Ekspertlər qeyd edirlər ki, layihənin dayandırılmasına səbəb əldə edilən müəyyən nailiyyətlərə baxmayaraq, «Altair» pilotsuz uçaqların yeddi il keçməsinə baxmayaraq, Müdafiə Nazirliyinə təhvil verilməməsidir.

3 ton çəkisi, 28,5 metr uzunluğunda qanadları olan «Altair» 2 tona yaxın yük götürmə, 10 min kilometr məsafə qət etmək, 12 kilometr yüksəklikdə uça bilmək, avtonom rejimdə iki sutka uçmaq qabiliyyətinə malikdi.

Xatırladılır ki, aparatın birinci nümunəsi 2016-cı ildə, ikinci nümunəsi isə 2017-ci ilin may ayında sınaqdan keçirilib.