adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Oktyabr 2018 19:43
5720
MƏMLƏKƏT
A- A+

STATİSTİKA KOMİTƏSİ LAĞLAĞI OBYEKTİNƏ ÇEVRİLİB

Komitə bir ara xaricdən 40 min dollara alınan eşşəklərlə gündəmə gəlmişdi , indi də işsizliklə bağlı statistikaları ilə gündəmə gəlib. Hətta komitənin bildirdiyinə görə, elə rayon var ki, orda bircə nəfər işsiz var.

İndi də qəzetlərdə, sosial şəbəkələrdə komitənin bu məlumatı lağlağı obyekti olub, hamı məzələnir.

Mənim məzələnmək fikrim yoxdu. Yoxsa, Mirzə Cəlilsayağı bir şey yazardım.

Statistika Komitəsinin hörmətli rəhbərləri, özünüzü niyə gülməli vəziyyətə salırsız?

Cavabınızı da gözləmirəm.