adalet.az header logo
  • Bakı 12°C
09 Oktyabr 2018 14:21
4589
GÜNDƏM
A- A+

400 MİLYON DOLLAR YEYİLƏNDƏ MALİYYƏ NAZİRLİYİ HARDAYDI?

Deməli, «Lifttəmir» İstehsalat Birliyinin, nəhayət, işdən çıxarılan rəisi Qüdrət Şükürovun 400 milyon dollar pul mənimsəməsi ilə bağlı neçə vaxtdı qəzetlər yazır. İndi həm vəzifədən çıxarılıb və CM-nin bir neçə maddəsi ilə istintaqa cəlb olunub.

Maraqlıdır, Maliyyə Nazirliyi ya hər ilmi, ya iki ildən birmi uşaq bağçasından tutmuş bütün nazirlikləri, şirkətləri, komitələri yoxlayır. Və yəqin ki, Qüdrət Şükürov bu pulu bir ilin içində mənimsəməyib. Elə isə Maliyyə Nazirliyi niyə bunun üstünü vaxtında açmayıb? Maliyyə Nazirliyinin müfəttişləri savadsız olub, yoxsa göz yumublar?

Hər halda, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yəqin ki, bu məsələni də araşdıracaq.