adalet.az header logo
  • Bakı 13°C
11 Oktyabr 2018 10:07
8943
GÜNDƏM
A- A+

İNGİLTƏRƏ O PULU AZƏRBAYCANA QAYTARACAQMI?!

Qəzetələrdə oxudum ki, Beynəlxalq Bankın 15 illik həbs cəzasına məhkum olmuş sabiq sədri Cahangir Hacıyevin xanımının Londonda 28,5 milyon dollarlıq (vay dədəm vay, adamda bir belə pul olar?) malikanəsini müsadirə ediblər. Səbəb də odur ki, bu pulu qanuni şəkildə qazanmayıblar. Yəni əyri-üyrü yollarla, rəsmi dillə desək, korrupsiya yolu ilə qazanıblar.

Bizi məsələnin başqa bir tərəfi maraqlandırır. Yaxşı, o mülki müsadirə elədilər, yəqin ki, sonra da satışa çıxaracaqlar . Bəs, əldə olunan vəsait necə olacaq? Bu pul Azərbaycan xalqınındır, Azərbaycan dövlətinindir. Yəni Cahangir Hacıyev və onun xanımı bu pulu nə Böyük Britaniya dövlətindən, nə də ingilis xalqından çırpışdırmayıblar.

İndi Azərbaycan hökuməti tələb etməlidir ki, həmin o 28,5 milyon dollar Azərbaycanın dövlət büdcəsinə qaytarılsın.