Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Hər yeri bürüyən ədəbiyyat söhbəti nədir? Adalet.az | Hər yeri bürüyən ədəbiyyat söhbəti nədir? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Hər yeri bürüyən ədəbiyyat söhbəti nədir?

14356    |   2018-10-12 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə hər yerdə "hər yer ədəbiyyat” söhbətləri dolaşır. Sosial şəbəkələrdə, televizyalarda, redaksiyalarda, mətbuatda və ilaxır. Bir qrup gənc yazar, həmçinin özüm də ədəbiyyatı təbliğ edirik. Yazılarla, şeirlərlə, video çarxlarla cəmiyyətə sözü, ədəbiyyatın gücünü hayqırırıq. Hələ yolun başındayıq.

Ədəbiyyat həyatdan maraqlıdır deyirik. Doğurdan niyə axı? Niyəsini indi mən sizə izah etməyə çalışacam. Ədəbiyyat bizim paralel, intim bir dünyamızıdı. O dünyada sevinirik, hüznlərnirik, kədərlənirik, xoşbəxt oluruq. İndi deyəcəksiniz ki, bu dünyada da dediyiniz duyğuları yaşayırıq. Ancaq bir məsələ var, biz həyatda yaşadığımız duyğuları real olaraq, bütün çılpaqlıqlarıyla yaşayırıq. Ədəbiyyat isə bizim xəyal dünyamızdı. Əsər oxuyurq və obrazların düşdükləri situasiyalarda özümüzü tapırıq, başqa bir insanın taleyini yaşamış oluruq. Ədəbiyyat bizə çoxlu talelər verir, bizi başqa dünyalara, həyatlara aparır. Uzaqları, başqa ölkələri, insanları yaxın edir. Ona görə də ədəbiyyat həyatdan daha maraqlıdır. Həyat bizi amansız sürprizlərlər qarşılaşdırır.

Bir tanışım vardı. Həyatı boyu bir kitab üzü açmamışdı. Ancaq yazdığı aforizmləri kitab halında çap eləmiş, hətta təqdimat belə keçirtmişdi. Kitab oxumayan tanışıma sual verirəm ki, bəs sabah səndən müsahibə istəsələr, müasir fəlsəfədən, ədəbiyyatdan soruşsalar. Nə cavab verəcəksən? Adam utanmazcasına qımışır. Və düşünün ki, belə adamlar getdikcə çoxalır. Belə absurd bir cəmiyyətdə yaşayırıq. Ona görə də yeni yaratdığımız bu trendə hamının dəstək verməsini gözləyirik.

Mənim həyatımı şəxsən ədəbiyyat dəyişdi. Ciddi sözümdür. Günlərin bir günündə, yeniyetməliyimin məzmunsuz günlərində əlimə Daniel Defonun "Robinzon Kruzo” əsəri düşdü. Başladım bu əsəri ciddi şəkildə oxumağa. Və inanın əsəri bitirdikdən sonra düşüncələrim, həyata baxışım dəyişməyə başladı. Ədəbiyyatın gücünü hiss etdim. Hiss etdim ki, insana nə qədər mənəvi kömək əli uzadır. Ədəbiyyat bizi xilas edən yeganə sahədir. Ədəbiyyat həqiqətən də insanın içini təmizləyir. İnsanı anlama, aydınlandırma sənəti. Ədəbiyyata bu cür də tərif verə bilərik. Təbii ki, bu da ədəbiyyatı tam ifadə edə bilməyəcək.

Yazıçılar əllərində məşəl qaranlıq bir tüneldə insanı axtarır.Ədəbiyyat bir mənada axtarış deyilmi?

#heryerdebiyyat trendi getdikcə ölkənin hər yerinə yayılacaq. Bunun üçün çalışıb, vuruşmalıyıq. Ədəbiyyatı, sənəti yaşatmalıyıq. Axı bir toplumun xilası kitabdan keçir. Bizim cəmiyyət də kitabdan min kilometr uzaq düşmüş cəmiyyətdir. Demirəm ki, yalnız biz gənclər kitabı təbliğ etməlidir. Sizlər, hamımız kitab oxumalı, onu təbliğ etməli, uşaqlarımıza kitab sevgisini aşılamalıyıq. Bu bizim, gələcəyimizin inkişafı üçün mütləqdir.

İdeya qardaşım Ayxan Ayvaza məxsusdu. Onun adını ona görə çəkirəm ki, şöhrətə, gündəmə gəlməyi xoşlayır. Dəstək də yazarlar Aysel Əlizadədən, Eminqueydən, Rəbiqə Nazimqızıdan, Seymur Sudan, Əlsəgər Əhməddən, Rəvan Caviddən, Hikmət Nazimdən, Dəniz Pənahovadan, Nuranə Nurdan, Orxan Saffaridən, Orxan Həsənidən və digər qələm adamlarından gəldi. Və bu gənclər kifayət qədər istedadı olan, gələcək vəd edən yazarlardı.Yaşlı nəsildən də dəstək alacağımıza inanırıq. Bu yeni dalğanın gəldiyi dövürdü arıtq. Azərbaycan ədəbiyyatı ilk dəfədir ki, söyüşsüz, qalmaqalsız gündəmə gəldi. Bu hal həqiqətəndə təqdirəlayiqdir.

Ədəbiyyat o qədər böyükdü ki, yazmaqla bitirmək olmur.

Ədəbiyyatla qalın!

Onunla bəslənin!

Ədəbiyyatı sevdiyiniz adamlar kimi qoruyun!

#heryeredebiyyat




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-12-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK