adalet.az header logo
  • Bakı 11°C
09 Oktyabr 2018 12:42
11270
KRİMİNAL
A- A+

“Lotu Quli” Rusiyaya ekstradisiya oluna bilər

Türkiyədə saxlanılan məşhur azərbaycanlı kriminal avtoritet "Lotu Quli” ləqəbli Nadir Səlifov Rusiayaya ekstradisiya oluna bilər.

Bu barədə Modern.az-a əvvəllər onun hüquqlarını müdafiə etmiş və adının çəkilməsini istəməyn vəkillərdən biri məlumat verib.


Vəkil N.Səlifovun Azərbaycana ekstradisiya olunması üçün səbəb olmadığını, onun Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında saxlanıldığını deyib.

Məlumata görə, o, hədə-qorxu yolu ilə pul tələb etməkdə günahlandırılır.

Digər məlumatlarda bildirilir ki,"Lotu Quli” İstanbul polisi tərəfindən sorğu-sual edildidikdən sonra sərbəst buraxıla bilər.


Qeyd edək ki, N.Səlifov 2017-cilin oktyabrında Azərbaycanda azadlığa buraxılmışdı. O vaxtdan Türkiyədə yaşamağa başlayıb.