adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Oktyabr 2018 12:39
5051
GÜNDƏM
A- A+

“Lifttəmir”in sabiq rəisi Qüdrət Şükürova cinayət işi açıldı - YENİLƏNİB

"Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir. Həmin qurumla bağlı istintaq hərəkətləri aparılır”.

Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, mütəxəssislətdən ibarət işçi qrupu yaradılıb, istintaqınobyektivaparılması tam təmin ediləcək.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri iləcinayət işi başlanıb.


"Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində isə əlavə cinayət işi də başlanılıb.

K.Əliyev qeyd edib ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Bu ayın əvvəlində"Lifttəmir” İstehsalat Birliyininbaş direktoru Qüdrət Şükürovvəzifəsindən azad olunub.(modern.az)