Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | "OĞRAŞ" Adalet.az | "OĞRAŞ" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"OĞRAŞ"

3224    |   2018-10-08 20:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Gecə saat 12-dir. Öz otağımdayam. Damağımda siqaret, tüstülədə-tüstülədə, notbuku dizimin üstünə qoyub qızlarla məktublaşıram. Söhbətin pik nöqtəsində anam qapını açır:
- A bala, atan işdən gəlib. İndi baxıram ki, çörək yoxdur. Uşaqlar yeyib hamısını. Qıymıram atana deməyə. Bir sutkadır ki, mədəndə növbədədir. İt yorğunudur. Bacılarını isə gecə yarısı eşiyə buraxa bilmərəm.Get məhlə dükanından bir dənə çörək al gəl.
- Ay ana, 1-ə işləyib e... Bir təhər keçinsin, səhər alaram da... Ya da vermişeldən, makarondan dəmlə, çörəyi əvəz etsin.
- Ay bala, gül kimi parça-bozbaş bişirmişəm. Heç makaronun, vermişelin yeridir?
- Ay ana, ətindən seç, qara kimi qoy vermişelin üstünə. Qoca kişidir də... Yeyəcək.
Anam heç nə demir. Ah çəkib qapını örtür.

***

Ertəsi gün. Yenə otağımdayam. Gecə 1-in yarısıdır. Feysbukda qızları bişirirəm. Siqaretin dəmi gəlir. Əlimi siqaret qutusuna atıram. Boşdur. Durub əynimi geyinirəm. Qapıdan çıxanda atam səsə gəlir:
- A bala, gecənin bu vaxtında hara gedirsən?
- Ata, siqaretim qurtarıb. Dükana dəyib gəlirəm.
Atam dinmir. Dəmir qapını arxamca bağlayır. Qapının arxasından isə aydınca eşidirəm: "OĞRAŞ!"



YAZARIN ARXİVİ

2018-10-08 : "OĞRAŞ"
2018-10-05 : DGTYB - 20!
2018-05-24 : DİN və din
2014-09-24 : GÖZƏTÇİ
2014-09-05 : KİTAB OĞRUSU
2014-04-04 : Hacıleylək
2014-04-03 : Hacıleylək
2014-04-02 : Hacıleylək
2014-04-01 : HACILEYLƏK
2014-03-29 : HACILEYLƏK
2014-03-20 : Bico - Hekayə
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK